
BMT: "İşlə bağlı psixososial risklər hər il 840 min insanın ölümünə səbəb olur"
İş mühitindəki psixososial risklər hər il 840 min insanın ölümünə səbəb olur.
İş mühitindəki psixososial risklər hər il 840 min insanın ölümünə səbəb olur.
Gundem.today xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının (ILO) dərc etdiyi hesabatda bildirilir.
Məlumata görə, həddindən artıq iş yükü, məşğulluğun qeyri-sabitliyi, iş yerindəki təzyiq və digər amillər ölüm hallarına gətirib çıxarır. Bu risklər milyonlarla insanın sağlamlığına ciddi zərər vurur. Psixososial risklər, əsasən, ürək-damar xəstəliklərinin və psixi pozuntuların yaranmasına səbəb olur. Belə ki, bu səbəblərdən müvafiq olaraq 784 min və 56 min işçi həyatını itirir.
Risk faktorları sırasında işin qeyri-effektiv təşkili, çəkilən zəhmətlə alınan mükafatın uyğunsuzluğu və kollektiv daxilindəki mürəkkəb münasibətlər də yer alır. Bütün bunlar insult, ürək-damar xəstəlikləri, psixi sağlamlıq problemləri və intihar riskini əhəmiyyətli dərəcədə artırır.
Hesabata əsasən, işlə bağlı psixososial risklərdən qaynaqlanan ölümlər qlobal iqtisadiyyata da ciddi ziyan vurur. Bu amillərin yaratdığı iqtisadi itkilər dünya ÜDM-nin təxminən 1.37%-ni təşkil edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran səfiri: "Müharibənin zərərlərini Hörmüz boğazından keçən gəmilərdən aldığımız rüsumlarla qarşılayacağıq"
"ABŞ Prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, İran təslim olmayacaq və təzyiq altında heç bir müzakirəyə getməyəcək".
DünyaNeandertalların yoxa çıxması ilə bağlı yeni elmi faktlar
Uzun müddət hesab olunurdu ki, neandertallar beyin quruluşlarının kifayət qədər inkişaf etməməsi səbəbindən təkamül yarışında məğlub olublar.
DünyaDiyetoloqların mətbəx sirri: Zeytun yağı niyə əvəzolunmazdır?
Amerikalı qidalanma mütəxəssisi Sapna Peruvemba sağlamlıq üçün ən faydalı kulinariya yağının adını açıqlayıb.
DünyaDünya Bankından proqnoz: Enerji daşıyıcıları 24% bahalaşacaq
Dünya Bankı 2026-cı ildə qlobal enerji daşıyıcılarının qiymətinin orta hesabla 24% artacağını proqnozlaşdırır.