
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - FOTO - VİDEO
Mingəçevir şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
Mingəçevir şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
Gundem.today xəbər verir ki, ictimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
6 200 iştirakçı ilə keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularında, eləcə də Mingəçevir şəhərinin memarlıq abidələri barədə suallar təqdim olunaraq müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.
Mingəçevir şəhəri sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı keçirilir.
Gundem.today "Report"a istinadən xəbər verir ki, festivalın axşam proqramı Mingəçevir şəhərində, Heydər Əliyev parkının yaxınlığındakı meydanda baş tutur.
"WUF13 Azərbaycan" Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Mingəçevir sakinlərini və şəhərin qonaqlarını salamlayaraq festivalın əhəmiyyəti barədə ətraflı məlumat verib. Həmçinin o sakinlərin vaxtlarını mənalı keçirmələri üçün müxtəlif proqramların təşkil olunduğunu qeyd edib.
Tədbir proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılması nəzərdə tutulub.
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 6-da Mingəçevir Dövlət Universitetində müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş maarifləndirmə sessiyası keçirilib.
Gundem.today "Report"a istinadən xəbər verir ki, tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdir müavini, memarlıq-tikinti məsələləri sektorunun müdiri Etibar Abdullayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər.
E.Abdullayev Mingəçevir şəhərinin yaranma tarixi, inkişaf dövrü və Baş planı haqda məlumat verib.
R.İdrisoğlu Azərbaycanın inkişafından bəhs edərkən bildirib ki, şəhərlərin planlı inkişafının əsasında sistemli yanaşma dayanır. O vurğulayıb ki, bu yanaşmada insan amili, sosial rifah və ərazi balansı daim ön planda saxlanılır. Bildirilib ki, ölkədə müasir şəhərsalma siyasətinin əsası mövcud qanunvecilik və hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhər və kəndlərin tarazlı inkişafının təmini məqsədi ilə hazırlanan şəhərsalma sənədləridir. Bu günə qədər ölkənin 79 şəhərindən 67-nin Baş planı təsdiq olunub və digərlərinin üzərində işlər ardıcıl davam etdirilir.
E.Hüseynzadə gəncləri WUF13 tədbirində fəal iştirak etməyə çağırıb. O, çıxışı zamanı WUF13 Festivalı barədə ətraflı məlumat verib, həmçinin Forumun ölkəmiz üçün əhəmiyyətini və onun çərçivəsində gənclər üçün maraq doğuran əsas tədbirləri diqqətə çatdırıb.
WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramla davam edəcək.
Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktların üstü açıldı - VİDEO
Mehdiabad ərazisində baxımsız vəziyyətdə tapılan azyaşlı uşaq polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib.
CəmiyyətXərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı
Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb.
CəmiyyətTikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO
Bakıda yeni inşa olunan çoxmərtəbəli binaların əksərinin tikintisi səhərə qədər davam olunur.
CəmiyyətMingəçevirdə WUF13 Festivalı keçirilir - FOTO - VİDEO
Mingəçevir şəhəri sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı keçirilir.