
"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri mükafatlandırılıb
"Baku Open-2026" Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb.
"Baku Open-2026" Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb.
Gundem.today "Report"a istinadən xəbər verir ki, qaliblərə medal, kubok, pul mükafatı və sertifikat təqdim olunub.
Müxtəlif yaş kateqoriyaları üzrə iştirakçılara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Avropa Şahmat Birliyinin prezidenti Zurab Azmayparaşvili, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər şəxslər təqdim ediblər.
Ən güclü şahmatçıların yer aldığı A qrupunda Azərbaycan təmsilçilərindən Xəzər Babazadə üçüncü yeri tutub. Yarışın qalibi isə Sina Movahed (İran) olub.
Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edib. "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.
Turnirə sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Daniil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd də qatılıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Bavariya" - PSJ matçının yayımçısı dəyişdi: Oyun hansı kanaldadır?
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Bavariya" - PSJ qarşılaşmasının yayımçısı dəyişib.
İdmanMourinyo "Real Madrid"ə qayıdır?
Madridin "Real" klubunun prezidenti Florentino Peres hazırda Portuqaliyanın "Benfika" komandasına rəhbərlik edən Joze Mourinyo ilə mütəxəssisin kluba mümkün qayıdışını müzakirə edib.
İdman"Heydər Əliyev Kuboku-2026": Qız boksçulardan ibarət millimiz komanda hesabında birinci oldu
Bakıda "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yeniyetmə qız boksçuların mübarizəsinə yekun vurulub.
İdmanPrestianni ikioyunluq kənarlaşdırıldı
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Portuqaliyanın "Benfika" klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini təşkilatın himayəsi altında iki matçdan kənarlaşdırıb. Buna səbəb Prestianninin İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranış nümayiş etdirməsi olub.