
Bolşeviklərin adları küçələrdən götürülsün - Deputatdan TƏKLİF
"Milli dəyərlərimizin qorunmasına və tarixi ədalətin bərpasına xidmət edən yanaşma, toponimiya siyasəti ölkəmizin digər ərazilərində də ardıcıl şəkildə davam etdirilməlidir".
"Milli dəyərlərimizin qorunmasına və tarixi ədalətin bərpasına xidmət edən yanaşma, toponimiya siyasəti ölkəmizin digər ərazilərində də ardıcıl şəkildə davam etdirilməlidir".
Gundem.today xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasının iclasında deputat Vasif Qafarov deyib.
O bildirib ki, bu gün bir çox şəhər və qəsəbələrimizdə, o cümlədən Bakıda və Bakı qəsəbələrində hələ də sovet dövründən qalan və dəyərlərimizə yad ideoloji məzmun daşıyan, milli kimliyimizlə uyğunlaşmayan küçə adları mövcuddur:
"Bu baxımdan xüsusilə bolşevik adlarını daşıyan küçələrin adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmasını və həmin adların Azərbaycan tarixini, görkəmli şəxsiyyətlərini və milli dəyərlərini əks etdirən adlarla əvəz olunmasını məqsədəuyğun hesab edirəm. Bu yanaşma həm tarixi yaddaşımızın bərpasına, həm də gələcək nəsillərin milli ruhda formalaşmasına töhfə verəcək.
İkincisi, Azərbaycanın bir çox rayonlarında, o cümlədən təmsil etdiyim Lerik rayonunda bəzi kəndlərin adları keçən əsrdə rus dilində tərtib olunan dövlət reyestrlərində yanlış qeyd olunub. Kəndlərin adları qeyd olunarkən bir və ya bir neçə hərf səhvi edilib, nəticədə həmin adlar heç bir toponomik məna daşımayan bir hala gəlib. Müstəqillik dövründə də həmin reyestrlər əsas istinad mənbəyi kimi götürüldüyündən bu yanlışlıqlar təkrar olunub. Yaxşı olardı ki, bu məsələ də diqqətdə saxlanılsın, yerli qurumlar və bələdiyyələr bu yanlışlıqların aradan qaldırılması təşəbbüsü ilə çıxış etsinlər və bu məsələ də öz həllini tapsın.
Son iki yüz ildə yad təsirlərə məruz qalmış toponimlərimizin milliləşdirilməsi prosesi sistemli və davamlı xarakter daşımalı, bu istiqamətdə həm regionlarda, həm də paytaxtda ardıcıl və məqsədyönlü addımlar atılmalıdır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium göndəriləcək
Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.
SiyasətBəzi şəxslər pensiyaya çıxanda yüksək miqdarda birdəfəlik ödəniş alacaqlar
Diplomatik xidmət əməkdaşlarına pensiya zamanı birdəfəlik ödəniş veriləcək.
SiyasətDövlət köçürülən cərimələrə nəzarəti artırdı
Köçürülən inzibati cərimələrə dövlətin nəzarəti artırılıb, "İCMAL" "Rəqəmsal dövlət maliyyəsi"nin altsistemi olacaq.
SiyasətUşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək.