
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək.
Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək.
Gundem.today President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 525-1-ci maddədə əksini tapıb.
Qanuna əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.
Bu, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətDeputat: "Qərbə yönəlməsi Ermənistanı geosiyasi qarşıdurma meydanına çevirir"
"Ermənistanın uzun illər birtərəfli şəkildə Rusiyadan asılı olması və son dövrlərdə Qərbə, xüsusilə Fransa və Avropa İttifaqına (Aİ) doğru kəskin geosiyasi dönüş etməyə çalışması bu ölkənin qütblərarası toqquşma nöqtəsinə çevrilmə təhdidini yaratmaqdadır".
SiyasətAzərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium göndəriləcək
Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.
SiyasətBəzi şəxslər pensiyaya çıxanda yüksək miqdarda birdəfəlik ödəniş alacaqlar
Diplomatik xidmət əməkdaşlarına pensiya zamanı birdəfəlik ödəniş veriləcək.
SiyasətDövlət köçürülən cərimələrə nəzarəti artırdı
Köçürülən inzibati cərimələrə dövlətin nəzarəti artırılıb, "İCMAL" "Rəqəmsal dövlət maliyyəsi"nin altsistemi olacaq.