
Tramp: "Tehran razılaşmaya əməl etsə, Hörmüz boğazı hamı üçün açılacaq"
"Vaşinqton və Tehran ortaq məxrəcə gələrsə, Birləşmiş Ştatlar "Epik qəzəb" hərbi əməliyyatını dayandıracaq və Hörmüz boğazının istifadəsini İran da daxil olmaqla bütün tərəflər üçün bərpa edəcək".
"Vaşinqton və Tehran ortaq məxrəcə gələrsə, Birləşmiş Ştatlar "Epik qəzəb" hərbi əməliyyatını dayandıracaq və Hörmüz boğazının istifadəsini İran da daxil olmaqla bütün tərəflər üçün bərpa edəcək".
Gundem.today xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" platformasındakı rəsmi profilində bəyan edib.
"Əgər İranın əldə etdiyimiz razılaşmaya əməl edəcəyini düşünürüksə, o zaman məşhur "Epik qəzəb" əməliyyatı yekunlaşacaq və blokada hər kəs üçün götürülərək", - deyə dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, bir müddət öncə Birləşmiş Ştatların dövlət katibi Marko Rubio ABŞ silahlı qüvvələrinin qarşıya qoyulan hədəflərə çatması səbəbindən "Epik qəzəb" əməliyyatının bitdiyini bildirmişdi. May ayının 1-də isə ABŞ Prezidenti Administrasiyası Konqres rəhbərliyinə Ağ Evin Tehranla hərbi münaqişəni bitmiş saydığı barədə rəsmi məlumat vermişdi. Lakin bu addımın ABŞ qoşunlarının ölkə hüdudlarından kənarda iştirak etdiyi münaqişələri tənzimləyən daxili qanunvericiliyin tələblərinə əməl etmək məqsədilə atıldığı güman olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-İran danışıqları: Tehran prinsipial mövqeyindən geri çəkilir?
ABŞ və İran arasında münaqişəyə son qoymaq üçün ilkin razılaşma layihəsinə İslam Respublikasında uranın zənginləşdirilməsi və aktivlərin dondurulmasının ləğvi ilə bağlı müddəalar daxildir.
DünyaZaxarova toyundan danışdı: "Dördümüz idik: vitse-konsul, biz ikimiz və Putinin portreti"
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova 2005-ci ildə ABŞ-nin Nyu-York şəhərində keçirilən toy mərasimi ilə bağlı xatirələrini bölüşüb.
DünyaABŞ və İran hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər?
ABŞ və İran hərbi toqquşmalara son qoyulmasını nəzərdə tutan bir səhifəlik memorandumun imzalanması ərəfəsindədirlər.
DünyaƏrdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçib Türkiyəyə getməsinə icazə vermədi
Mayın 3-5-də Avropa İttifaqı-Ermənistan sammitində iştirak üçün İrəvanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron siyasi simvolik bir jest etməyi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün oradan bağlı quru sərhədi vasitəsilə Türkiyəyə keçməyi planlaşdırırdı.