
Böyük Britaniya hökumətindən uşaqların sağlamlığı üçün yeni TÖVSİYƏLƏR
Böyük Britaniya hökuməti beş yaşdan kiçik uşaqlar üçün qadcet istifadəsini gündə bir saatla məhdudlaşdırmağı, iki yaşadək uşaqlarda isə ekran vaxtını demək olar ki, tamamilə istisna etməyi tövsiyə edib.
Böyük Britaniya hökuməti beş yaşdan kiçik uşaqlar üçün qadcet istifadəsini gündə bir saatla məhdudlaşdırmağı, iki yaşadək uşaqlarda isə ekran vaxtını demək olar ki, tamamilə istisna etməyi tövsiyə edib.
Gundem.today "The Guardian"a istinadən xəbər verir ki, yeni tövsiyələr uşaqlarda sağlam vərdişlərin formalaşdırılması və inkişaf risklərinin azaldılması məqsədi daşıyır.
Baş nazir Kir Starmer bildirib ki, hökumət valideynlərə uşaqların erkən yaşlardan ekranlarla qarşılaşdığı "rəqəmsal dünyada" düzgün istiqamət tapmaqda kömək etmək niyyətindədir.
Tövsiyələrə əsasən, iki-beş yaşlı uşaqlar üçün ekran vaxtı mümkün qədər gündə bir saat və ya daha az olmalıdır. Ekspertlər qeyd edirlər ki, uşaqlarla birgə baxış və müzakirə onların idrak inkişafı üçün daha faydalıdır. Alternativ olaraq qiraət, stolüstü oyunlar, rəsm və canlı ünsiyyət tövsiyə edilir.
Həmçinin yemək zamanı və yatmazdan əvvəl ekran istifadəsinin tamamilə aradan qaldırılması məsləhət görülür. Bildirilir ki, həddindən artıq ekran istifadəsi yuxu problemləri, fiziki aktivliyin azalması və canlı ünsiyyətin zəifləməsi ilə əlaqələndirilir.
Mütəxəssislər valideynlərə öz rəqəmsal vərdişlərinə də diqqət yetirməyi və ailə daxilində "ekran fasilələri" tətbiq etməyi tövsiyə edirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKəskin qıtlıqdan tarixi maksimuma - Yaponiya düyü böhranını necə aşdı?
"Yaponiyanın düyü rezervləri son illərdə müşahidə olunan kəskin çatışmazlıqdan sonra ən yüksək səviyyəyə yüksələcək".
DünyaMisir qənaət rejiminə keçdi: Yanacaq istifadəsinə ciddi məhdudiyyətlər
Misir Nazirlər Kabineti regionda mövcud vəziyyət fonunda yanacağa qənaət məqsədilə bir sıra enerji qənaəti tədbirləri həyata keçirib.
DünyaKİV: ABŞ-nin zərbələri nəticəsində İranda yüksəkvəzifəli məmur öldürülüb
İran Müdafiə Nazirliyi yanında fəaliyyət göstərən tədqiqat mərkəzinin rəhbəri Əli Fuladvəndin İsrail və ABŞ-nin zərbələri nəticəsində öldürüldüyü iddia olunur.
DünyaTürkiyə və Yunanıstanda miqrant qaçaqmalçılığı ilə bağlı 75 Azərbaycan vətəndaşı həbs edilib
2025-ci ildən etibarən ölkə hüdudlarından kənarda bir qrup Azərbaycan Respublikası vətəndaşının transmilli mütəşəkkil cinayətkar şəbəkənin təsiri altına düşərək, Türkiyə-Yunanıstan istiqamətində qanunsuz miqrasiya və insan qaçaqmalçılığı fəaliyyətinə cəlb olunmasına dair əməliyyat məlumatları daxil olub.