
Britaniyada naməlum şəxs lotereyeda 14 milyon dollar uduşunu götürməyib
Böyük Britaniyada lotereya qalibi ona düşən 10.6 milyon funt-sterlinq (təxminən 14 milyon dollar) məbləğində uduşu vaxtında götürmədiyi üçün uduş hüququndan məhrum olub.
Böyük Britaniyada lotereya qalibi ona düşən 10.6 milyon funt-sterlinq (təxminən 14 milyon dollar) məbləğində uduşu vaxtında götürmədiyi üçün uduş hüququndan məhrum olub.
Gundem.today "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə milli lotereyanın operatoru olan "Allwyn" məlumat yayıb.
"Allwyn" şirkətinin baş məsləhətçisi bildirib ki, London yaxınlığındakı Beksli bölgəsindən olan sirli milyonçunu tapmaq üçün genişmiqyaslı axtarışlar aparılsa da, heç bir nəticə əldə olunmayıb: "Təsdiq edə bilərəm ki, bilet sahibi uduşunu götürmək üçün müraciət etmədi və təəssüf ki, həyatını kökündən dəyişə biləcək bu nəhəng məbləği itirdi".
Sözügedən uduş ötən il oktyabrın 4-də keçirilmiş tirajda oynanılıb. Qanunvericiliyə əsasən, qalibin pulu tələb etmək üçün 180 gün vaxtı var idi. Həmin müddət başa çatdığı üçün qaydalara uyğun olaraq, bu vəsait artıq xeyriyyə məqsədlərinə yönəldiləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇində yola tökülən pulları oradan keçənlər yığmağa başlayıblar - VİDEO
Çinin Tszinçjou şəhərində qeyri-adi hadisə baş verib: yol pul əskinasları ilə dolub və yoldan keçənlər onları toplamağa başlayıblar.
Dünya100 il yaşamağın sirri: Rasionda cəmi bir dəyişiklik kifayətdir
Qida rasionunda yalnız bir dəyişiklik etməklə 100 yaşına qədər yaşamaq mümkündür.
DünyaAlmaniyada kişilər Bundesverin icazəsi olmadan xaricə gedə bilməyəcəklər
Almaniya hakimiyyəti 17-45 yaş arası kişilərin Bundesverin (Almaniya Silahlı Qüvvələri) Karyera Mərkəzinin icazəsi olmadan ölkə ərazisini üç aydan çox müddətə tərk etməsini qadağan edib.
DünyaMəşhur fransız rəssam Klod Monenin iki əsəri satışa çıxarılacaq
Məşhur fransız rəssam Klod Monenin ən qiymətli iki əsəri aprelin 16-da Parisdə keçiriləcək müasir incəsənət hərracında satışa çıxarılacaq.