
Yaz təşvişi və psixoloji gərginlik: Daxili narahatlığın gizli SƏBƏBLƏRİ
Yaz fəslinin gəlişi ilə bir çox insan daxili narahatlığın artdığını və təşviş pozuntularının tez-tez təkrarlandığını müşahidə edir.
Yaz fəslinin gəlişi ilə bir çox insan daxili narahatlığın artdığını və təşviş pozuntularının tez-tez təkrarlandığını müşahidə edir.
Gundem.today xəbər verir ki, rusiyalı psixiatr və narkoloq Sergey Litkov bu vəziyyətin həm psixoloji, həm də fizioloji səbəblərdən qaynaqlandığını bildirib.
Psixiatr Sergey Litkov qeyd edir ki, yaz aylarında orqanizmdə ciddi bioloji dəyişikliklər baş verir: günün işıqlı vaxtı uzanır, neyrotransmitterlərin və hormonların ifrazı dəyişir. Bu proses insanın əhval-ruhiyyəsinə, yuxu rejiminə və sinir sisteminə birbaşa təsir göstərir. Nəticədə, hətta psixoloji cəhətdən dayanıqlı şəxslər belə daxili gərginlik və təşviş hiss edə bilər.
Qış mövsümündən sonra həyat tempinin qəfil sürətlənməsi təşviş hissini gücləndirən əsas amillərdən biridir. Sosial münasibətlərin və iş yükünün artdığı bir dövrdə sinir sistemi yeni ritmə adaptasiya olmaqda çətinlik çəkir. Bununla yanaşı, yazla bağlı yüksək gözləntilər də əlavə stres mənbəyidir. İnsanlar özlərini cəmiyyətin gözlədiyi kimi enerjili və şən hiss etməyəndə daxili sıxıntı və təşviş hücumu ehtimalı yüksəlir.
S.Litkovun sözlərinə görə, təşviş pozuntusu yalnız emosiyalarla məhdudlaşmır, həm də konkret fiziki əlamətlərlə özünü büruzə verir:
- Nəfəs almaqda çətinlik;
- Ürəkdöyüntüsünün tezləşməsi;
- Başgicəllənmə və qəfil ölüm qorxusu.
Mütəxəssis xəbərdarlıq edirlər ki, spirtli içkilər təşviş problemini aradan qaldırmır, əksinə, onu qısa müddətə maskalayaraq sonradan vəziyyəti daha da kəskinləşdirir. Xroniki yorğunluq və yuxusuzluq da bu halları artıran amillər sırasındadır.
Psixiatr təsadüfi narahatlıq halları ilə xroniki pozğunluqları fərqləndirməyin vacibliyini vurğulayır. Əgər təşviş hücumları mütəmadi xarakter alırsa və normal həyat tərzinə mane olursa, mütləq tibbi yardıma müraciət edilməlidir.
Qoruyucu tədbir kimi yaz mövsümündə fiziki aktivliyə, emosional balansa və yuxu qaydalarına ciddi riayət etmək məsləhət görülür. "Sinir sisteminin yeniliklərə öyrəşməsi üçün zamana ehtiyacı var. Rejim stabil olduqda, bu keçid mərhələsi xeyli asanlaşır", - deyə S.Litkov fikrini tamamlayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQərbi Azərbaycan Xronikası: "Ermənilər çalışırdılar ki, biz onların dilində danışaq" - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
CəmiyyətBakı sakini ağır ailə itkisindən danışdı: "Yoldaşım üçün sanki dünya qaraldı" - VİDEO
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Bakı sakini Lətifə Musayeva olub.
Cəmiyyət"Bu gün min ananın oğludur" - Şəhid Sənan Hüseynovun xatirəsi yaşadılır - VİDEO
Aprelin 3-ü Vətən müharibəsi şəhidi Sənan Vidadi oğlu Hüseynovun doğum günüdür. Yaşasaydı, 30 yaşı tamam olacaqdı.
CəmiyyətNeftçilər xəstəxanasında həkim qəbuluna düşməkdə PROBLEM - VİDEO
Səhər tezdən gələrək saatlarla həkim qəbuluna düşmək üçün növbədə gözləyirlər. Bu insanlar arasında ahıllar da var, vəziyyəti ağır olanlar da...