
Məşhur fransız rəssam Klod Monenin iki əsəri satışa çıxarılacaq
Məşhur fransız rəssam Klod Monenin ən qiymətli iki əsəri aprelin 16-da Parisdə keçiriləcək müasir incəsənət hərracında satışa çıxarılacaq.
Məşhur fransız rəssam Klod Monenin ən qiymətli iki əsəri aprelin 16-da Parisdə keçiriləcək müasir incəsənət hərracında satışa çıxarılacaq.
Gundem.today xəbər verir ki, bu barədə "Sotheby's" hərrac evinin mətbuat xidməti məlumat yayıb.
Kolleksiyaçılar "Vetey, səhər effekti" (ilkin qiymətləndirmə 6-8 milyon avro - təxminən 6.9-9.2 milyon dollar) və "Port-Villdəki adalar" (qiymətləndirmə 3-5 milyon avro - təxminən 3.4-5.7 milyon dollar) əsərlərini əldə edə biləcəklər.
Hər iki əsər Klod Monenin son 20 il ərzində Fransada hərraca çıxarılan ən qiymətli işləri hesab olunur.
Tanınmış impressionistin hərracda satılan ən bahalı əsəri isə "Ot tayası" tablosudur. 2019-cu ildə bu əsər üçün 111 milyon dollar ödənilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBritaniyada naməlum şəxs lotereyeda 14 milyon dollar uduşunu götürməyib
Böyük Britaniyada lotereya qalibi ona düşən 10.6 milyon funt-sterlinq (təxminən 14 milyon dollar) məbləğində uduşu vaxtında götürmədiyi üçün uduş hüququndan məhrum olub.
DünyaSağlamlıq üçün ən faydalı qəhvə hansıdır?
Qəhvələrin heç də hamısı sağlamlığa müsbət təsir göstərmir.
Dünyaİndoneziyada dəhşətli faciə: Timsah yeniyetməni dostlarının gözü qarşısında parçaladı
İndoneziyada timsah 13 yaşlı oğlanı dostlarının gözü qarşısında parçalayıb.
DünyaÇindən "rəqəmsal insan" etiketi təklifi
Çinin kiber məkanı tənzimləyən orqanı süni intellekt (Sİ) vasitəsilə yaradılmış virtual personajları əhatə edən yeni qaydalar layihəsini açıqlayıb.