
Britaniyanın kiçik biznes sahibləri Aİ ölkələrinin bazarlarını tərk edirlər
Böyük Britaniyanın kiçik biznes subyektləri bürokratiya, yüksək xərclər və mürəkkəb qaydalar səbəbindən Avropa İttifaqı (Aİ) bazarlarından çəkilirlər.
Böyük Britaniyanın kiçik biznes subyektləri bürokratiya, yüksək xərclər və mürəkkəb qaydalar səbəbindən Avropa İttifaqı (Aİ) bazarlarından çəkilirlər.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunur ki, tələblərin sərtləşməsi Britaniyanın Aİ-dən çıxmasının nəticələridir.
Ölkənin Kiçik Biznes Federasiyasının apardığı araşdırmaya görə, Aİ ilə işləyən şirkətlərin 85%-i problemlərlə üzləşir, hər 10-dan 6-sı ciddi maneələrlə qarşılaşır. Sorğuda iştirak edən ixracatçıların üçdəbiri vəziyyət dəyişməsə, Avropa ilə ticarəti azalda və ya dayandıra bilər.
"Aİ coğrafiyası kiçik şirkətlərimiz üçün təbii bazar olmalıdır, çünki ittifaq çox yaxın və əlçatandır. Təəssüf ki, hazırda bir çoxları bunun üçün ümumiyyətlə səy göstərməyə dəyib-dəyməyəcəyini soruşurlar", - deyə federasiya rəsmilərindən biri bildirib.
Qeyd olunur ki, əsas problemlər gömrük prosedurları, malların yoxlanılması, markalanma və əlavə dəyər vergisi ilə bağlıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMoskvanın bütün hava limanları uçuşları dayandırıb?
Moskvanın Şeremetyevo hava limanı təyyarələrin qəbulunu və uçuşunu dayandırıb.
DünyaPakistanda QIZMAR İSTİLƏR: Azı 10 nəfər öldü
Pakistanın Kəraçi şəhərində yüksək hava temperaturu azı 10 nəfərin ölümünə səbəb olub.
DünyaÇin istehsalı termoslar təhlükə saçır: ABŞ-də üç nəfər görmə qabiliyyətini itirdi
Birləşmiş Ştatlarda Çin istehsalı olan termoslarda yaranan texniki qüsur üç vətəndaşın görmə qabiliyyətini itirməsinə gətirib çıxarıb. Aşkar edilib ki, müəyyən modellərin qapaqları artan təzyiq nəticəsində qəfil ataraq insanlara ağır xəsarətlər yetirib.
DünyaErmənistan və Aİ nəqliyyat sahəsində tərəfdaşlıq sazişi imzaladılar
Ermənistan və Avropa İttifaqı (Aİ) İrəvanda bir sıra sənədlər, o cümlədən nəqliyyat infrastrukturu sahəsində tərəfdaşlıq sazişi imzalayıblar.