Son dəqiqə
"Azərbaycanfilm"də QALMAQAL: Tanınmış qrim ustası otağından çıxarılıb? - FOTOEdqars Rinkeviçs Heydər Əliyev Mərkəzini ziyarət edibKür çayının daşması məlumatları ilə bağlı RƏSMİ AÇIQLAMAİtaliya DÇ-2026-da İranı əvəz edəcək? - ABŞ və FIFA rəhbərliyinə rəsmi müraciət edildi"SOCAR Trading" rəsmisi: "Dünya "super dövr" adlandırıla biləcək mürəkkəb mərhələdən keçir"Kür çayı daha bir rayonda BƏNDİ UÇURTDU
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
Cəmiyyət

Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Bu gün
10:20
0 baxış
Paylaş:

Aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd olunur.

Aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd olunur.

Gundem.today xatırladır ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilib. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. Bu tarix Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.

UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.

Ənənəvi olaraq, hər il UNESCO bu gün münasibətilə geniş ictimaiyyətə müraciət edib.

Azərbaycanda bu əlamətdar tarix 1997-ci ildən başlayaraq hər il qeyd edilir.

Prezident İlham Əliyevin "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir. 2021-ci ilin aprel ayında dövlətimizin başçısının imzaladığı Fərmana əsasən Əqli Mülkiyyət Agentliyinin tabeliyində "Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi" yaradılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Ümumdünya_Kitab_və_Müəlliflik_Hüququ_Günü#BMT-nin_Təhsil#Elm_və_Mədəniyyət_Təşkilatı_(UNESCO)

Oxşar Xəbərlər

Kür çayının daşması məlumatları ilə bağlı RƏSMİ AÇIQLAMACəmiyyət

Kür çayının daşması məlumatları ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Kür çayının Zərdab rayonunun Şıxbağı, Əlibəyli və Əlibəyli kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini basması barədə yayılmış məlumatlara münasibət bildirib.

Bu gün
11:440
Azərbaycanda kimlərə ömürlük həbs verilmir? – Hakimdən cəzalara dair İZAHCəmiyyət

Azərbaycanda kimlərə ömürlük həbs verilmir? – Hakimdən cəzalara dair İZAH

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayətlər ictimai təhlükəliliyi və xarakterinə görə dörd kateqoriyaya bölünür.

Bu gün
11:320
Ceyhun Abışova Naxçıvanda vəzifə verildi - ÖZƏLCəmiyyət

Ceyhun Abışova Naxçıvanda vəzifə verildi - ÖZƏL

Naxçıvan Regional Qaz İstismarı İdarəsində yeni kadr dəyişikliyi olub.

Bu gün
11:210
Laçın kanat yolunun inşası nə vaxt tamamlanacaq? - VİDEOCəmiyyət

Laçın kanat yolunun inşası nə vaxt tamamlanacaq? - VİDEO

Laçın kanat yolunun inşası 2026-cı ilin sonunadək tamamlanacaq.

Bu gün
11:160