Son dəqiqə
Qubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər" - VİDEOGörmədilər, yoxsa görmək istəmədilər?ABŞ, Britaniya və Fransanın kəşfiyyatçıları Parisdə gizli görüşdülər – Səbəb nədir?Nazirlik təhsil müəssisələri üçün 18 milyonluq məhsul alırAilə münaqişəsi zəminində törədilən cinayətlərin sayı AZALIBSəbail rayonunun bir hissəsində üç saatdır qaz kəsilib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Çağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək
Çağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək
Siyasət

Çağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək

Bu gün
17:48
0 baxış
Paylaş:

Çağrı mərkəzi olmayan qurumlarda bu xidmət "108" Çağrı Mərkəzi vasitəsi ilə göstəriləcək.

Çağrı mərkəzi olmayan qurumlarda bu xidmət "108" Çağrı Mərkəzi vasitəsi ilə göstəriləcək.

Gundem.today xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, çağrı mərkəzi canlı rejimdə müraciətlərin cavablandırılmasını çoxkanallı avadanlıqlardan istifadə edilməklə dövlət orqanları (qurumları) və onların tabeliyindəki orqan (qurum) üzrə vahid nömrə ilə vahid xidmət zalında (təmsilçi yerlərinin sayı 20 nəfərdən çox olduğu hallar istisna olmaqla), fövqəladə hallarda istifadə olunan xidmətlər (və ya qanunvericilikdə nəzərdə tutulan hallar) üzrə fasiləsiz (24/7), digər xidmətlər üzrə iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq həyata keçirəcək.

Təmsilçi yerləri, müraciətlərin konfidensiallığı və sayı, məlumatların məxfiliyi, habelə əlilliyi olan əməkdaşlar nəzərə alınaraq daxil olan zənglərin uzaqdan cavablandırılması həyata keçirilə biləcək.

Zənglərin uzaqdan cavablandırılması müvafiq texniki avadanlıqlar təmin edilməklə həyata keçirilir. Dövlət orqanları (qurumları) öz fəaliyyət xüsusiyyətlərindən asılı olaraq daha artıq iş vaxtı müəyyən edilməsi məsələsini nəzərdən keçirirlər. Təmsilçilərin həftəlik canlı rejimdə xidmət vaxtı 36 saatdan çox olmamalıdır.

Çağrı mərkəzinə ölkə ərazisində sabit telefon (məftilli) telekommunikasiya şəbəkələrindən zənglərin ödənişsiz qaydada edilməsi təmin olunacaq.

Qərara əsasən, çağrı mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanları bu xidmətlərin "108" Çağrı Mərkəzində təşkili məqsədilə müvafiq məlumatları (sənədləri) üç ay müddətində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməli, qoşulma ilə bağlı digər zəruri tədbirləri görməlidirlər.

Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər öz vəsaitləri hesabına (fəaliyyətlərindən əldə olunan gəlirlər nəzərə alınmaqla) 5 ay müddətində çağrı mərkəzlərini yaratmalı və ya müqavilə əsasında çağrı xidmətlərinin göstərilməsini təşkil etməlidirlər.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çağrı mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının çağrı xidmətlərinin "108" Çağrı Mərkəzi vasitəsilə göstərilməsini təmin etməlidir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Əli_Əsədov#Çağrı_Mərkəzi

Oxşar Xəbərlər

İranda fikir ayrılığı kəskinləşir: ABŞ ilə razılaşma ölkəni parçalaya bilərmi?- VİDEOSiyasət

İranda fikir ayrılığı kəskinləşir: ABŞ ilə razılaşma ölkəni parçalaya bilərmi?- VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin növbəti buraxılışı yayımlanıb.

Bu gün
17:140
Güzəştli ipoteka ala biləcək şəxslərin SİYAHISI genişləndirildi - FƏRMANSiyasət

Güzəştli ipoteka ala biləcək şəxslərin SİYAHISI genişləndirildi - FƏRMAN

"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilib.

Bu gün
16:290
"Elektron notariat" informasiya sistemi haqqında Əsasnamədə dəyişilklik edilibSiyasət

"Elektron notariat" informasiya sistemi haqqında Əsasnamədə dəyişilklik edilib

"Elektron notariat" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilib.

Bu gün
15:150
Qazpaylayıcı sistem operatorunun müayinə keçirməsi qaydası təsdiqlənibSiyasət

Qazpaylayıcı sistem operatorunun müayinə keçirməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası"nı təsdiq edib.

Bu gün
14:540