
Cəbəllüttariq körfəzində müxtəlif dövrlərə aid 124 batmış gəmi aşkarlandı
İspaniyalı alimlər Cəbəllüttariq körfəzinin dibində müxtəlif dövrlərə aid 124 batmış gəmi aşkar ediblər.
İspaniyalı alimlər Cəbəllüttariq körfəzinin dibində müxtəlif dövrlərə aid 124 batmış gəmi aşkar ediblər.
Gundem.today CNN-ə istinadən xəbər verir ki, bu kəşf 2020-2023-cü illəri əhatə edən genişmiqyaslı araşdırmalar nəticəsində mümkün olub. Ümumilikdə mütəxəssislər 151 sualtı obyekt qeydə alıblar ki, onların da əksəriyyəti məhz batmış gəmilərdir.
Aparıcı tədqiqatçı Felipe Sereso Andreonun sözlərinə görə, tapıntılar Pun və Roma sivilizasiyalarından tutmuş orta əsrlərə və müasir dövrə qədər geniş bir zaman kəsiyini əhatə edir. Ən qədim gəmi eramızdan əvvəl V əsrə aiddir. İlkin ehtimallara görə, həmin gəmi o dövrdə Kadisdən balıq sousu daşıyırmış.
Kəşflər arasında xüsusi maraq doğuranlar isə Napoleon müharibələri dövrünə aid gəmi qalıqlarıdır. Bundan əlavə, arxeoloqlar İkinci Dünya müharibəsi illərində Britaniya donanmasına hücum etmiş İtaliyaya məxsus "Mayale" ultra kiçik sualtı qayığının qalıqlarını da tapıblar.
Tədqiqatçılar körfəz dibinin dəqiq 3D xəritəsini yaratmaq üçün exolot və maqnitometrlərdən istifadə ediblər. Felipe Andreo qeyd edib ki, iqlim dəyişiklikləri nəticəsində dəyişən su axınları körfəzin dibindəki yeni obyektləri üzə çıxarır. O, əlavə edib ki, hazırda körfəzin yalnız 400 metrə qədər olan kiçik bir hissəsi tədqiq olunub, bu da gələcəkdə daha çox tarixi tapıntının aşkarlanacağına işarə edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hərbi dəniz qüvvələri nazirinin istefasının PƏRDƏARXASI MƏQAMLARI
ABŞ-nin hərbi dəniz qüvvələri (HDQ) naziri postundan kənarlaşdırılan Con Felan daha öncə Ağ Ev rəhbəri Donald Trampı onu bu vəzifədə saxlamağa inandırmağa cəhd göstərib.
DünyaMaduronun devrilməsinə mərc edən amerikalı hərbçi həbs olundu
ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak edən xüsusi təyinatlı hərbçi Qannon Ken Van Daykın həbs olunduğunu açıqlayıb. O, insayder məlumatlarından istifadə etməkdə ittiham olunur: istintaqın məlumatına görə, hərbçi "Polymarket" platformasında Venesuela liderinin vəzifədən kənarlaşdırılması ilə bağlı mərclərdən 400 min dollardan çox gəlir əldə edib.
DünyaABŞ-də tornado: 10 nəfər xəsarət alıb
ABŞ-nin Oklahoma ştatının şimal bölgələrini cənginə alan tornado nəticəsində ən azı 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
DünyaABŞ-də tornado: 10 nəfər xəsarət alıb - VİDEO
ABŞ-nin Oklahoma ştatının şimal bölgələrini cənginə alan tornado nəticəsində ən azı 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.