Son dəqiqə
Aprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunurAzərbaycan tamblinq üzrə Avropa çempionatında komanda hesabında gümüş medal qazanıb - FOTOCədvəldə var, amma dərs keçirilmir - Məktəblərdə fiziki tərbiyə fənni problemi - FOTO"WhatsApp" Pavel Durovun tənqidlərinə cavab veribSalyanda avtomobil aşıb, qadın sərnişin ölübMari-Luize Eta Almaniya Bundesliqası tarixində ilk qadın baş məşqçi oldu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Cədvəldə var, amma dərs keçirilmir - Məktəblərdə fiziki tərbiyə fənni problemi - FOTO
Cədvəldə var, amma dərs keçirilmir - Məktəblərdə fiziki tərbiyə fənni problemi - FOTO
Cəmiyyət

Cədvəldə var, amma dərs keçirilmir - Məktəblərdə fiziki tərbiyə fənni problemi - FOTO

Bu gün
11:54
0 baxış
Paylaş:

Fiziki tərbiyə fənni tədris planının vacib bir hissəsidir. Həkimlər hesab edirlər ki, məktəbdə idman və bədən tərbiyəsi sağlamlığı qorumaq, zehni stresi aradan qaldırmaq və uşaqlarda intizamı inkişaf etdirmək üçün çox vacibdir. Amma bizim məktəblərdə bu fənnin tədrisi ilə bağlı problemlər müşahidə edilir.

Fiziki tərbiyə fənni tədris planının vacib bir hissəsidir. Həkimlər hesab edirlər ki, məktəbdə idman və bədən tərbiyəsi sağlamlığı qorumaq, zehni stresi aradan qaldırmaq və uşaqlarda intizamı inkişaf etdirmək üçün çox vacibdir. Amma bizim məktəblərdə bu fənnin tədrisi ilə bağlı problemlər müşahidə edilir.

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Paytaxtın iki ayrı məktəbində təhsil alan 3-4-cü sinif şagirdləri ilə söhbətimizdə fiziki tərbiyə dərsinin necə keçirilməsi ilə maraqlandıq və aldığımız cavablar problemlərin olduğunu göstərdi: "Dərs cədvəlində fiziki hazırlıq fənni olsa da, indiyə qədər bu dərs bizə keçilməyib. Biz ibtidai sinif şagirdi olduğumuza görə bu dərsi idman zalında deyil, sinifdə keçməliyik. Amma bu dərsin yerinə həmişə başqa fənlərdən test edirik".

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədovun bu günlərdə məktəblərdə idman dərslərinin düzgün təşkil olunmaması, fiziki tərbiyə müəllimlərinin qeyri-peşəkar yanaşması ilə bağlı fikirləri də bu sahədə çatışmazlıqların olduğunu deməyə əsas verir. Nazirlik rəsmisi qeyd edib ki, vaxtında düzgün planlaşdırılmayan yüklənmələrin, düzgün təşkil edilməmiş məşq prosesinin və peşəkar yanaşmanın olmaması səbəbindən uşaqların sağlamlığına zərər vurulur.

"Məktəblərdə idman dərsləri demək olar ki, keçirilmir"

Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazovanın fikrincə, ibtidai siniflərdən başlayaraq fiziki tərbiyə dərslərinin düzgün təşkili şagirdlərin sağlam inkişafı üçün önəmlidir: "İndi bizim məktəblərdə fiziki tərbiyə dərsləri demək olar ki, keçirilmir. Ancaq uşaqların dərs saatı və yüklənmələri çox olduğu üçün bu dərs önəmlidir. Çünki fiziki tərbiyə beyinin aktivliyini, diqqətin cəmlənməsini yüksəldir, yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir, eyni zamanda bütün orqanların hərəkətliliyini təmin edir. Müasir dövrün uşaqları adətən artıq çəkidən əziyyət çəkirlər. Çünki qaçmaq, tullanmaq və idmanla məşğul olmaq əvəzinə, internetdə, sosial şəbəkələrdə vaxt keçirmək, kompüter və smartfonlarda oyun oynamaq üçün çox vaxt sərf edirlər. Bu baxımdan, fiziki tərbiyə dərslərini həyati göstəriş hesab edirəm. Şagirdlər heç olmasa, həftədə iki dəfə fiziki tərbiyə dərslərində iştirak etməlidirlər".

"Məqsəd sağlam və təhlükəsiz inkişafı təmin etmək olmalıdır"

Fiziki tərbiyə müəllimlərinin də ünvanlarına səslənən fikirlərlə bağlı öz arqumentləri var.

Akademik Zərifə Əliyeva adına liseyin fiziki tərbiyə müəllimi Hüseyn Hüseynovun fikrincə, fiziki tərbiyə dərsinin əsas məqsədi yalnız fiziki hazırlıqlı şagird yetişdirmək deyil, sağlam və təhlükəsiz inkişafı təmin etməkdir: "Məktəblərdə fiziki tərbiyə dərsi şagirdlərin sağlam inkişafı, hərəkət qabiliyyətlərinin formalaşması və sağlam həyat tərzinə yiyələnməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin fiziki tərbiyə dərslərində də müəyyən zədələnmə riski mövcuddur. Bu risklərin minimuma endirilməsi isə dərsin düzgün təşkili, müəllimin peşəkar yanaşması və təhlükəsizlik qaydalarına ciddi riayət olunması ilə birbaşa bağlıdır".

"Məktəblərin idman infrastrukturu da əhəmiyyət kəsb edir"

Azərbaycan Gənc Fiziki Tərbiyə Müəllimləri Birliyinin sədri, Şirvan şəhər Kimya-Biologiya təmayüllü liseyin fiziki tərbiyə müəllimi Nurəddin Babayevin fikrincə, bu dərslərin yüksək səviyyədə təşkili üçün həm müəllimlərin peşəkar hazırlığı, həm də məktəblərin idman infrastrukturu böyük əhəmiyyət kəsb edir: "Fiziki tərbiyə dərslərinin keyfiyyətinə təsir edən əsas məsələlərdən biri də regionlarda idman infrastrukturunun vəziyyətidir. Bir çox bölgələrdə məktəblərdə idman zalları ya məhdud ölçüdədir, ya da inventar baxımından tam təmin olunmayıb. Bəzi məktəblərdə isə ümumiyyətlə, qapalı idman zalı olmadığı üçün dərslər açıq havada keçirilir ki, bu da xüsusilə qış aylarında müəyyən çətinliklər yaradır. Gələcəkdə fiziki tərbiyə sahəsində müasir metodların tətbiqi, müəllimlərin davamlı təlimlərə cəlb olunması və regionlarda idman infrastrukturunun gücləndirilməsi bu sahədə mövcud problemlərin aradan qaldırılmasına mühüm töhfə verə bilər".

Dərslərin keyfiyyəti müəllimin peşəkar olmasından asılıdır

Lənkəran şəhəri Vaqif Əliyev adına 4 nömrəli məktəb-liseyin fiziki tərbiyə müəllimi Asəf Ağaquliyevin fikrincə, məktəblərdə fiziki tərbiyə dərslərinin yüksək səviyyədə keçirilməsi bilavasitə müəllimin peşəkar olmasından asılıdır: "Bir çox hallarda müəllim şagirdlərə futbol və yaxud voleybol topu verib nəzarət etmədən və oyun qaydalarını başa salmadan "gedin, oynayın" deyir. Yaxud şagirdləri motivasiya etmədən, müxtəlif qızışma hərəkətləri olmadan dərslərə başlayır ki, bu da uşaqların inkişafı üçün yetərli olmur". A.Ağaquliyev deyir ki, fiziki tərbiyə dərslərinin yüksək səviyyədə keçirmək üçün idman zalının və avadanlıqların olması da vacibdir: "Çalışdığım məktəbdə 1 800 nəfərdən çox şagird var. Bəzən eyni vaxtda 2-3, bəzən də 4 sinif idman zalına gəlir. Bu da ən azı 80-100 şagird deməkdir. Bu zaman çətinliklər yaranır. Çox təəssüf ki, hər məktəbdə bu dərsin keçilməsi üçün şərait yoxdur. Ya idman

#Cəmiyyət#Gənclər_və_İdman_Nazirliyi#Sosial_şəbəkələr

Oxşar Xəbərlər

Aprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunurCəmiyyət

Aprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur

Aprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur.

Bu gün
12:000
Salyanda avtomobil aşıb, qadın sərnişin ölübCəmiyyət

Salyanda avtomobil aşıb, qadın sərnişin ölüb

Salyanda avtomobil aşıb, qadın sərnişin ölüb.

Bu gün
11:301
Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVACəmiyyət

Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Aprelin 12-si saat 11:00-a olan faktiki hava açıqlanıb.

Bu gün
11:241
Qubada torpaq sürüşməsi baş verən kəndə ərzaq yardımı göndərilib - VİDEOCəmiyyət

Qubada torpaq sürüşməsi baş verən kəndə ərzaq yardımı göndərilib - VİDEO

Son günlər yağan intensiv yağışlar səbəbindən Quba rayonunun Qonaqkənd kəndi istiqamətində baş vermiş torpaq sürüşməsi nəticəsində rayon mərkəzi ilə bir neçə kəndi birləşdirən avtomobil yolu sıradan çıxıb və hazırda aidiyyəti qurumlar tərəfindən alternativ yolun tikintisi istiqamətində tədbirlər görülür.

Bu gün
11:181