Son dəqiqə
Makronun planı suya düşdü: Ermənistandan Türkiyəyə getmək istəyi Bakıdan keçmədiPakistan sülh masasına ev sahibliyi edir: ABŞ və İran arasında həlledici görüşMingəçevirdə WUF13 Festivalı keçirilir - FOTO - VİDEOMəhkəmədən gözlənilməz qərar: Müharibə iştirakçısı olan qatilə prokurorun istədiyindən ikiqat ağır hökm verildiAzərbaycan üç yeni kamikadze dron istehsal etdi - Xəbərlərin 20:00 buraxılışıKİV: İranın ABŞ-yə vurduğu ziyan açıqlandığından qat-qat çoxdur - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Paris və Moskva arasında sıxışan İrəvan
Paris və Moskva arasında sıxışan İrəvan
Siyasət

Paris və Moskva arasında sıxışan İrəvan

Bu gün
19:36
0 baxış
Paylaş:

"Avropa Siyasi Birliyi"nin Ermənistanda keçirilən Zirvə toplantısı ilk baxışdan regional əməkdaşlıq və dialoq platforması kimi təqdim olunsa da, pərdəarxasında mürəkkəb geosiyasi proseslərin dayandığı aydın görünür.

"Avropa Siyasi Birliyi"nin Ermənistanda keçirilən Zirvə toplantısı ilk baxışdan regional əməkdaşlıq və dialoq platforması kimi təqdim olunsa da, pərdəarxasında mürəkkəb geosiyasi proseslərin dayandığı aydın görünür.

Son illərdə Ermənistanın xarici siyasət kursunda baş verən dəyişikliklər onu klassik "balans siyasəti"ndən uzaqlaşdıraraq daha açıq şəkildə Qərbə inteqrasiya xəttinə yaxınlaşdırıb. Ermənistan getdikcə Qərblə Rusiya arasında geosiyasi rəqabətin aktiv meydanına çevrilir. Ukrayna nümunəsi göstərdi ki, böyük güclərin toqquşma zonasında yerləşən dövlətlər üçün bu cür qarşıdurmalar ağır nəticələr doğura bilər. Rəsmi İrəvanın bu istiqamətdə atdığı addımlar da oxşar riskləri gündəmə gətirir.

Tarixi kontekstdə baxdıqda, Ermənistanın uzun illər müstəqil və çoxvektorlu siyasət yürütməkdə çətinlik çəkdiyi görünür. SSRİ dövründən sonra ölkə əsasən Rusiyanın təhlükəsizlik sisteminə inteqrasiya olunmuş, hərbi və siyasi baxımdan Moskvanın təsir dairəsində fəaliyyət göstərmişdi. Bu səbəbdən Ermənistan tez-tez "Rusiyanın forpostu" kimi xarakterizə edilirdi. Lakin son dövrdə bu model dəyişməkdədir. İndi isə eyni yanaşmanın fərqli mərkəz üzərindən təkrarlanması müşahidə olunur. Bu dəfə isə mərkəz Parisdir. Rəsmi İrəvan Fransanın diktəsi ilə hərəkət edir.

Qərb dövlətlərinin Ermənistana artan marağı ilk baxışda dəstək kimi təqdim olunsa da, bu münasibətin mahiyyəti daha çox geosiyasi rəqabətlə bağlıdır. Regionda Rusiyanın təsirini zəiflətmək istəyən Qərb üçün Ermənistan əlverişli platformaya çevrilir.

Regional təhlükəsizlik və uzunmüddətli sabitlik məsələləri getdikcə arxa plana keçir. Ermənistan bu proseslər fonunda ciddi geosiyasi təzyiqlərlə üzləşir. Ölkənin qarşısında duran əsas məsələ müstəqil siyasət yürütmək imkanlarının qorunmasıdır. Mövcud reallıq isə göstərir ki, böyük güclərin rəqabəti Ermənistanı yenidən təsir dairəsinə salır. Bu isə suveren qərarvermə mexanizmlərini zəiflədir. Tarixi təcrübə sübut edir ki, belə vəziyyətlər dövlətlər üçün davamlı risklər yaradır. Ermənistanın indiki kursu bu riskləri daha da artırır. Nəticədə müstəqil siyasət iddiası real siyasətdə özünü doğrultmur.

Aqil Vəlili

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Ermənistan#Fransa#Ukrayna#Rusiya_Federasiyası#Avropa_Siyasi_Birliyi

Oxşar Xəbərlər

Makronun planı suya düşdü: Ermənistandan Türkiyəyə getmək istəyi Bakıdan keçmədiSiyasət

Makronun planı suya düşdü: Ermənistandan Türkiyəyə getmək istəyi Bakıdan keçmədi

Son günlər regionumuzda olduqca diqqətəlayiq proseslərin şahidi oluruq. Sözsüz ki, bu mənada İrəvanda baş tutan sammiti də gözardı etmək mümkün deyil.

Bu gün
20:140
Azərbaycan üç yeni kamikadze dron istehsal etdi - Xəbərlərin 20:00 buraxılışıSiyasət

Azərbaycan üç yeni kamikadze dron istehsal etdi - Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.

Bu gün
20:000
Cənubi Qafqazda bütün yollar Bakıya aparır - TƏHLİLSiyasət

Cənubi Qafqazda bütün yollar Bakıya aparır - TƏHLİL

Cənubi Qafqazda geosiyasi dinamika son illərdə, xüsusilə, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin paralel inkişafı fonunda daha da diqqət çəkməyə başlayıb. Bu kontekstdə Fransa başda olmaqla bəzi xarici aktorların regional proseslərə təsir cəhdləri ön plana çıxır. Xüsusilə Parisin Ermənistan-Türkiyə normallaşmasını Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq təşəbbüsü fərqlənsə də, yeni deyil. Tarix göstərir ki, bu istiqamətdə müxtəlif diplomatik cəhdlər olsa da, heç bir

Bu gün
19:180
Deputat: "Qərbə yönəlməsi Ermənistanı geosiyasi qarşıdurma meydanına çevirir"Siyasət

Deputat: "Qərbə yönəlməsi Ermənistanı geosiyasi qarşıdurma meydanına çevirir"

"Ermənistanın uzun illər birtərəfli şəkildə Rusiyadan asılı olması və son dövrlərdə Qərbə, xüsusilə Fransa və Avropa İttifaqına (Aİ) doğru kəskin geosiyasi dönüş etməyə çalışması bu ölkənin qütblərarası toqquşma nöqtəsinə çevrilmə təhdidini yaratmaqdadır".

Bu gün
18:160