
Yaxın Şərqdəki gərginliyin əks-sədası: Azərbaycanın təkər bazarında qıtlıq yarandı - VİDEO
Azərbaycanda bazarlarda Asiya istehsalı olan təkərlərin qıtlığı yaranıb. Hətta, bəzi ölçülərdə olan təkərlər belə aylardır ki, tapılmır. Bu da təkər bazarında durğunluğa səbəb olub.
Azərbaycanda bazarlarda Asiya istehsalı olan təkərlərin qıtlığı yaranıb. Hətta, bəzi ölçülərdə olan təkərlər belə aylardır ki, tapılmır. Bu da təkər bazarında durğunluğa səbəb olub.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, satıcılarən sözlərinə, Hörmüz boğazında yaranan məhdudiyyətlər avtomobil təkəri bazarına birbaşa təsir edib. Tailand, Tayvan və Çindən məhsulların ölkəyə çatdırılması çətinləşib, nəticədə bəzi ölçülərdə təkərlər demək olar ki, tapılmır.
Satıcılar bildirir ki, anbarda olan ehtiyatlar da sürətlə azalır və bu, bazarda seçim imkanlarını məhdudlaşdırır. Onların sözlərinə görə, təkər təminatındakı problem maddi zərərlə yanaşı, müştəri itkisi də yaradır.
Sahibkarlar deyirlər ki, məhsullar alternativ və daha uzun marşrutlarla gətirildiyi üçün daşınma xərcləri yüksəlib. Bu da satış qiymətlərində orta hesabla 10-15 faiz bahalaşmaya səbəb olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMilli Onkologiya Mərkəzində baş verən partlayış hansı sualları gündəmə gətirdi? - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
CəmiyyətBakının əvvəllər Kirovun, indi isə Rəsulzadənin adını daşıyan qəsəbəsindən REPORTAJ - VİDEO
Baku TV bir vaxtlar "Kirov qəsəbəsi" adlandırılan, hazırda isə paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi olan ərazidən reportaj hazırlayıb. Qəsəbə sakinləri ərazinin hazırkı vəziyyəti və keçmişi barədə fikirlərini bölüşüblər.
CəmiyyətAzərbaycanəsilli kanadalı xoreoqraf: "İstəyirəm səhnədə nəfəsim kəsilsin"
Əslən Cənubi Azərbaycandan olan kanadalı xoreoqraf, ifaçı və pedaqoq Saşar Zərif Bakıdadır. O, 35 ildir ki, rəqsdə əsrlərdən gələn ənənə ilə müasirlik arasında körpü qurmağa çalışır. Tanınmış rəqqasın görkəmli xanəndə Alim Qasımovla Torontodakı İncəsənət Mərkəzindəki uğurlu çıxışından sonra Bakıda Milli Konservatoriyada keçirilən konsertdə muğamın sədaları altında rəqs performansları böyük maraqla qarşılanıb.
CəmiyyətMaştağadakı psixiatriya xəstəxanasından pasiyentlər qaçıblar? - Yaxınlıqda yaşayan sakinlər DANIŞDILAR - VİDEO
Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanası ilə bağlı son günlər sosial mediada belə bir xəbər dolaşır ki, guya bu xəstəxanadan ona yaxın xəstə qaçıb və onların arasında təxminən iki il öncə ailə üzvlərini öldürən Əhməd Əhmədov da var.