
Çin alimləri Ay süxurunda iki yeni mineral aşkarlayıblar
Çin tədqiqatçıları "Çanye-5" kosmik zondu vasitəsilə Aydan Yer planetinə çatdırılan torpaq nümunələrində əvvəllər məlum olmayan iki mineral tapıblar.
Çin tədqiqatçıları "Çanye-5" kosmik zondu vasitəsilə Aydan Yer planetinə çatdırılan torpaq nümunələrində əvvəllər məlum olmayan iki mineral tapıblar.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı Çin Mərkəzi Televiziyası yayımlayıb.
Xəbərə görə, Çin Milli Kosmik İdarəsi tərəfindən yeni aşkarlanmış bu təbii kimyəvi elementlərin birinə "maqneziumlu çanyeit", digərinə isə "seriumlu çanyeit" adı verilib.
Xatırladaq ki, "Çanye-5" missiyası 2020-ci i noyabrın 24-də Aya göndərilmişdi. Zond 23 günlük səfərdən sonra özü ilə bərabər iki kiloqrama yaxın reqolit gətirərək geri dönüb. Mütəxəssislərin bu nümunələri dərindən analiz etməsi nəticəsində əldə olunan vacib göstəricilər gələcəkdə Yerin peykində elmi-tədqiqat stansiyasının qurulması planlarında tətbiq ediləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAnders Breyvik vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edib
Norveçdə kütləvi qətlə görə 21 il həbs cəzasına məhkum edilmiş Anders Breyvik yenidən vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edib.
DünyaGecələr həddindən artıq tərləmənin səbəbi nədir?
"Orqanizmdəki daxili proseslər səbəbindən gecələr insanlara isti ola bilər".
DünyaÇində məxfi sahələrdə çalışan doqquz alimin MÜƏMMALI ÖLÜMÜ diqqət mərkəzinə düşüb
Çində son illər ərzində azı doqquz alim müəmmalı şəkildə həlak olub.
DünyaABŞ-də federal səviyyədə edamlar bərpa olunacaq
ABŞ Ədliyyə Nazirliyi federal səviyyədə ölüm cəzasının tətbiqinin bərpası üçün addımlar atıb.