
ABŞ-də federal səviyyədə edamlar bərpa olunacaq
ABŞ Ədliyyə Nazirliyi federal səviyyədə ölüm cəzasının tətbiqinin bərpası üçün addımlar atıb.
ABŞ Ədliyyə Nazirliyi federal səviyyədə ölüm cəzasının tətbiqinin bərpası üçün addımlar atıb.
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı press-relizdə bildirilib.
Məlumata görə, ölümcül inyeksiya protokolu yenidən qüvvəyə mindirilir və edam üsullarının sayı artırılır, o cümlədən güllələnmə də əlavə edilir.
"Əvvəlki administrasiya ən təhlükəli cinayətkarlar, o cümlədən terrorçular, uşaq qatilləri və polis qatillərinin cəzalandırılması üzrə öhdəliyini yerinə yetirmədi. Donald Tramp dövründə Ədliyyə Nazirliyi yenidən qanunun icrasını təmin edir və qurbanları dəstəkləyir", - deyə ABŞ baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanş bildirib.
Qurum əvvəlki baş prokuror Merrik Qarlend dövründə tətbiq edilən müddətsiz moratoriumu ləğv edib və artıq 44 nəfər barəsində ölüm cəzası tələbi ilə müraciətləri təsdiqləyib.
Bundan əlavə, bəyanatda pentobarbitaldan istifadə ilə bağlı əvvəlki protokolun bərpası, güllələnmənin əlavə edam üsulu kimi tətbiqi və ölüm hökmü ilə bağlı işlərin baxılmasının sürətləndirilməsi üçün prosedurların sadələşdirilməsi nəzərdə tutulur.
Yaxın həftələrdə Ədliyyə Nazirliyi məhbusların bütün məhkəmə prosesləri başa çatmadan əfv üçün müraciətini də qadağan etməyi planlaşdırır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAnders Breyvik vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edib
Norveçdə kütləvi qətlə görə 21 il həbs cəzasına məhkum edilmiş Anders Breyvik yenidən vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edib.
DünyaGecələr həddindən artıq tərləmənin səbəbi nədir?
"Orqanizmdəki daxili proseslər səbəbindən gecələr insanlara isti ola bilər".
DünyaÇində məxfi sahələrdə çalışan doqquz alimin MÜƏMMALI ÖLÜMÜ diqqət mərkəzinə düşüb
Çində son illər ərzində azı doqquz alim müəmmalı şəkildə həlak olub.
DünyaÇin alimləri Ay süxurunda iki yeni mineral aşkarlayıblar
Çin tədqiqatçıları "Çanye-5" kosmik zondu vasitəsilə Aydan Yer planetinə çatdırılan torpaq nümunələrində əvvəllər məlum olmayan iki mineral tapıblar.