
Çində əvvəllər məlum olmayan insan növünün izləri aşkarlanıb
Çində alimlər əvvəllər məlum olmayan, sonradan isə demək olar ki, izsiz yoxa çıxmış qədim insan nəslinin izlərini aşkar ediblər.
Çində alimlər əvvəllər məlum olmayan, sonradan isə demək olar ki, izsiz yoxa çıxmış qədim insan nəslinin izlərini aşkar ediblər.
Gundem.today xəbər verir ki, tədqiqatın nəticələri "Current Biology" jurnalında dərc olunub.
Çin Elmlər Akademiyasının genetikləri Pekin yaxınlığındakı Dunhulin arxeoloji ərazisində dəfn olunmuş üç insanın DNT-sini araşdırıblar. Bu şəxslər son buzlaşmadan sonra - iqlimin sürətlə dəyişdiyi istiləşmə dövründə yaşayıblar.
Təhlillər göstərib ki, insanlardan biri Şərqi Asiyada indiyədək məlum olmayan genetik qolun nümayəndəsi olub. Alimlər onun ən yaxın genetik oxşarlığını təxminən 19 min il əvvəl Amur çayı ətrafında yaşamış insanla müəyyən ediblər.
Lakin təxminən 2 000 il sonra eyni ərazidə tam fərqli genetik mənşəyə malik gənc kişi dəfn edilib. Onun DNT-si daha çox Monqolustan yaylası ilə əlaqəli populyasiyalara yaxın olub. Bu da bölgədə əhalinin zamanla dəyişdiyini göstərir.
Buna baxmayaraq, arxeoloji tapıntılar mədəni davamlılığın qorunduğunu göstərir. Daş alətlər, keramika və bitkilərin emalı üsulları demək olar ki, dəyişməyib.
Alimlərin qənaətinə görə, aşkar edilən bu qədim insan xətti zamanla digər əhali qrupları ilə qarışaraq demək olar ki, müasir Şərqi Asiya əhalisinin genomundan silinib. Bu gün onun izlərinə yalnız nadir hallarda rast gəlinir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ İran ərazisindəki pilotunun axtarışlarına elit hərbi dəstələri cəlb edib
ABŞ İran üzərində vurulan "F-15E" qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilasetmə əməliyyatına elit hərbi xüsusi təyinatlı qüvvələrini cəlb edib.
DünyaRusiyada daha bir nazir saxlanılıb
Rusiya Federasiyasının Krasnoyarsk diyarı üzrə tarif siyasəti naziri Aleksandr Ananyev külli miqdarda rüşvət alma ittihamı əsasında saxlanılıb.
Dünyaİlon Maskın atası: "Ceffri Epşteyn sağdır və buna şübhə yoxdur"
"ABŞ-li maliyyəçi Ceffri Epşteyn hələ də sağdır".
DünyaABŞ-nin İranda əməliyyatlar üçün xərclədiyi məbləğ bəlli oldu
İrandakı hərbi əməliyyatlar ABŞ-yə təxminən 37 günlük döyüşlərdə 42.1 milyard dollardan çox ziyan vurub.