Son dəqiqə
Meteor yağışı müşahidə olunacaqİranda müharibədən sonra hava limanlarının dağılması görüntüləri - VİDEOKonstitusiya Məhkəməsində Monqolustanın baş prokuroru ilə görüş olubPaytaxtın nəqliyyat sistemi dəyişdi: Sərnişinləri nə gözləyir?ABŞ və Çin arasında böyük bazarlıq: İran və Rusiya əsas mövzu olur? - VİDEOUlduz futbolçu xəstəxanaya yerləşdirildi: "Real Madrid"in məşqində nələr yaşanıb? - TƏFƏRRÜAT
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Çində iki keçmiş nazirə EDAM CƏZASI VERİLDİ
Çində iki keçmiş nazirə EDAM CƏZASI VERİLDİ
Dünya

Çində iki keçmiş nazirə EDAM CƏZASI VERİLDİ

Bu gün
17:44
0 baxış
Paylaş:

Çində rüşvətdə ittiham olunan keçmiş müdafiə nazirləri Vey Fenqe və Li Şanfu ölüm hökmünə məhkum ediliblər.

Çində rüşvətdə ittiham olunan keçmiş müdafiə nazirləri Vey Fenqe və Li Şanfu ölüm hökmünə məhkum ediliblər.

Gundem.today "Xinhua" agentliyinə istinadən xəbər verir ki, hökm Çin sədri Si Cinpinin 2012-ci ildə hakimiyyətə gəldikdən sonra başlatdığı genişmiqyaslı antikorrupsiya kampaniyasının ən səs-küylü qərarlarından hesab edilir. Silahlı qüvvələr bu kampaniyanın əsas hədəflərindən biri olaraq qalır.

2023-cü ildə "təmizləmələr" ölkənin nüvə və digər silahlarına cavabdeh olan Xalq Azadlıq Ordusunun elit raket qoşunlarını əhatə etməyə başlayıb. Daha sonra Çinin ən yüksək hərbi rəhbərlərindən biri olan, uzun müddət Si Cinpinin yaxın adamlarından hesab edilən Çjan Yusya vəzifəsindən uzaqlaşdırılıb.

İstintaqın versiyasına görə, Li Şanfu külli miqdarda rüşvət alıb, eləcə də ayrı-ayrı şəxslərin maraqları naminə kadr qərarlarının təşviqinə kömək edib. İstintaqa görə, Vey Fenqe də külli miqdarda pul və qiymətli əşyaları mənimsəyib, başqalarına təyinatlar zamanı qeyri-qanuni üstünlüklər qazanmağa kömək edib.

Çinin məhkəmə təcrübəsində məhkum edilmiş şəxs sınaq müddəti ərzində yeni cinayətlər törətmədikdə, iki illik möhlətlə verilən ölüm hökmü adətən ömürlük həbs cəzası ilə əvəz olunur. "Xinhua"nın məlumatına görə, cəzanın yüngülləşdirilməsindən sonra hər iki keçmiş nazir əfv hüququ və ya şərti-vaxtından əvvəl azadlığa buraxılma olmadan ömürlük həbs cəzası çəkəcəklər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Çin#edam_cəzası#müdafiə_nazirləri#Li_Şanfu#Vey_Fenxe#rüşvət#korrupsiya#Si_Cinpin#ölüm_hökmü#Xalq_Azadlıq_Ordusu#antikorrupsiya_kampaniyası

Oxşar Xəbərlər

İranda müharibədən sonra hava limanlarının dağılması görüntüləri - VİDEODünya

İranda müharibədən sonra hava limanlarının dağılması görüntüləri - VİDEO

İranın "IRIB News" dövlət televiziyası ilk dəfə olaraq ABŞ-İsrail ilə münaqişə zamanı ölkədəki bir sıra hava limanlarına dəyən ziyanın görüntülərini yayımlayıb.

Bu gün
18:120
Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri VURULDU - VİDEODünya

Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri VURULDU - VİDEO

Ukrayna səkkiz gün ərzində ikinci dəfə Rusiyanın Permdəki "Lukoil"ə məxsus neft emalı zavoduna PUA hücumu edib, tələfat qeydə alınmayıb.

Bu gün
17:540
Rusiyada qeysəriyyə əməliyyatı zamanı körpənin kəllə sümüyü sınıbDünya

Rusiyada qeysəriyyə əməliyyatı zamanı körpənin kəllə sümüyü sınıb

Rusiyanın Kamçatka vilayətindəki doğum evlərinin birində yeni doğulan uşağın kəllə sümüyü zədələnib.

Bu gün
17:400
KİV: ABŞ Yaxın Şərqdəki hərbi kontingentini xeyli artırıbDünya

KİV: ABŞ Yaxın Şərqdəki hərbi kontingentini xeyli artırıb

ABŞ İranla münaqişə fonunda Yaxın Şərq ölkələrindəki bazalarında hərbi kontingentini təxminən 10 min nəfər artırıb.

Bu gün
17:240