
Rusiyada qeysəriyyə əməliyyatı zamanı körpənin kəllə sümüyü sınıb
Rusiyanın Kamçatka vilayətindəki doğum evlərinin birində yeni doğulan uşağın kəllə sümüyü zədələnib.
Rusiyanın Kamçatka vilayətindəki doğum evlərinin birində yeni doğulan uşağın kəllə sümüyü zədələnib.
Gundem.today xəbər verir ki, hadisə ilə bağlı məlumatı "Amur Mash" "Telegram" kanalı paylaşıb.
Mənbənin sözlərinə əsasən, uşaq qeysəriyyə üsulu ilə dünyaya gəlib. Sonradan körpədə təpə-gicgah sümüyünün depressiv (batıq) sınığı və epileptik tutma sindromu aşkar edilib.
Körpənin səhhəti kəskin şəkildə ağırlaşdığından onu tibbi yardım almaq məqsədilə Sankt-Peterburq şəhərinə gətiriblər.
Aparılan yoxlamalar nəticəsində məlum olub ki, cərrahi müdaxilə vaxtında icra edilməyib. Həmçinin tibbi sənədlərdə körpənin hər hansı travma alması barədə qeyd yazılmayıb.
Məhkəmə prosesində yerli tibb işçilərinin pasiyentə lazımi səviyyədə tibbi xidmət göstərmədiyi təsdiqini tapıb. Qərara əsasən, doğum evi qadına və həyat yoldaşına hər birinə 1.5 milyon rubl, uşağın nənələrinə isə 200 min rubl təzminat ödəməlidir. Lakin tibb müəssisəsinin rəhbərliyi məhkəmənin bu hökmü ilə razılaşmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranda müharibədən sonra hava limanlarının dağılması görüntüləri - VİDEO
İranın "IRIB News" dövlət televiziyası ilk dəfə olaraq ABŞ-İsrail ilə münaqişə zamanı ölkədəki bir sıra hava limanlarına dəyən ziyanın görüntülərini yayımlayıb.
DünyaRusiyanın ən böyük neft emalı müəssisələrindən biri VURULDU - VİDEO
Ukrayna səkkiz gün ərzində ikinci dəfə Rusiyanın Permdəki "Lukoil"ə məxsus neft emalı zavoduna PUA hücumu edib, tələfat qeydə alınmayıb.
DünyaÇində iki keçmiş nazirə EDAM CƏZASI VERİLDİ
Çində rüşvətdə ittiham olunan keçmiş müdafiə nazirləri Vey Fenqe və Li Şanfu ölüm hökmünə məhkum ediliblər.
DünyaKİV: ABŞ Yaxın Şərqdəki hərbi kontingentini xeyli artırıb
ABŞ İranla münaqişə fonunda Yaxın Şərq ölkələrindəki bazalarında hərbi kontingentini təxminən 10 min nəfər artırıb.