
Çində yığılmış yarım milyon "Toyota" geri çağırılacaq: Ciddi qüsur aşkarlandı
"Toyota" şirkəti Çində yığılmış 560 min avtomobili geri çağıracaq.
"Toyota" şirkəti Çində yığılmış 560 min avtomobili geri çağıracaq.
Gundem.today xəbər verir ki, araşdırma zamanı Çində "GAC Group" və "FAW Group" ilə birgə müəssisələrdə istehsal olunan avtomobillərdə arxa oturacaqlarla bağlı potensial təhlükəli qüsur aşkarlanıb.
Məlumata görə, oturacaqların tənzimləmə mexanizminin konstruksiyasındakı çatışmazlıq səbəbindən arxa oturacağın söykənəcəyi hissə düzgün sabitlənmir.
Bildirilib ki, mexanizmdəki geri qaytarıcı yayın həddindən artıq güclü olması oturacağın sabitliyini zəiflədir və bu da toqquşma zamanı sərnişinlərin xəsarət alma riskini artıra bilər.
Geri çağırılma kampaniyası Çin bazarında gələn ay başlayacaq. Kampaniya çərçivəsində 318 min "Toyota Highlander" və 242.2 min "Toyota Crown Kluger" modeli geri çağırılacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNikolas Maduro tərəfdarlarına müraciət edib
Həbsdə olan sabiq Venesuela prezidenti Nikolas Maduro öz tərəfdarlarına müraciət edib.
DünyaYaponiyadakı Çin səfirliyinə basqın edən şəxs saxlanıldı
Yaponiya quru qoşunlarının leytenantı martın 24-də Çinin Tokiodakı səfirliyinin ərazisinə qanunsuz daxil olub, bir müddət ağacların arasında gizlənib və diplomatik nümayəndəliyin əməkdaşlarını səsləyərək çağırıb.
Dünyaİranın Bəndər-Pol limanı bombalandı: Ölənlər var
İranın cənubunda, Fars körfəzinin sahilində yerləşən Bəndər-Pol liman şəhərinin bombalanması nəticəsində azı beş nəfər həlak olub.
DünyaKİV: Pentaqon İranda mümkün yerüstü əməliyyatlara hazırlıq aparır
Pentaqon ABŞ-nin İranda mümkün yerüstü əməliyyatlara hazırlıq aparır. Bu əməliyyatların bir neçə həftə davam edə biləcəyi ehtimal edilir.