
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) bu gecə növbəti döyüşünü keçirib.
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) bu gecə növbəti döyüşünü keçirib.
Gundem.today xəbər verir ki, 36 yaşlı idmançı ABŞ-nin Sietl şəhərində keçirilən turnirdə çilili İqnasio Bahamondeslə qarşılaşıb.
İdmançılar üç raund ərzində qalibi müəyyənləşdirə bilməyiblər. Yekunda hakimlər yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər. Bu, Tofiq Musayevin UFC-də ilk qələbəsi olub.
Qeyd edək ki, idmançı ilk döyüşündə, ötən il iyunun 22-də Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) məğlub olub. İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycanlı döyüşçü qalib gəldi: UFC-yə bir addım qaldı - VİDEO
Tezliklə dünyanın ən nüfuzlu döyüş təşkilatı olan UFC ilə müqavilə bağlayacağı gözlənilən Azərbaycan döyüşçüsü Asəf Çopurov növbəti uğuruna imza atıb. O, "UAE Warriors" təşkilatında sahib olduğu çempionluq kəmərini uğurla müdafiə edib.
İdman"Real Madrid"in yaydakı ilk transferi məlum oldu: Öz yetirməsini geri qaytarır
"Real Madrid" rəhbərliyinin yay transfer pəncərəsində əsas hədəfi bəlli olub.
İdmanAzərbaycanın yeniyetmə güləşçiləri Estoniyada beş medal qazanıblar
Azərbaycan güləşçiləri Estoniyada yeniyetmələr arasında keçirilən "Tallin Open" turnirində 5 medal qazanıblar.
İdmanOveçkindən het-trik və yeni NHL rekordu
ABŞ-nin "Delta Mərkəzi" arenasında keçirilən Milli Xokkey Liqasının (NHL) müntəzəm mövsüm matçında "Vaşinqton Kapitals" klubu "Utah Mammoth" komandasını 7:4 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb.