
DÇ-2026-ya gedən yolda həlledici mərhələ: Türkiyə yığması İstanbulda Rumıniya sınağında
DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsi bu gündən etibarən başlayır.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsi bu gündən etibarən başlayır.
Gundem.today xəbər verir ki, mundiala gedən A, B, C və D yollarında ümumilikdə səkkiz gərgin qarşılaşma baş tutacaq.
Türkiyə yığması İstanbulda Rumıniya seçməsi ilə həlledici duelə çıxacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.
Qeyd edək ki, həm yarımfinal, həm də final mərhələlərinin taleyinə cəmi bir oyunda aydınlıq gələcək. Dünya çempionatına vəsiqə qazandıracaq həlledici final görüşləri isə martın 31-də təşkil olunacaq.
DÇ-2026
Pley-off
A yolu
23:45. İtaliya - Şimali İrlandiya;
23:45. Uels - Bosniya və Herseqovina.
B yolu
23:45. Ukrayna - İsveç;
23:45. Polşa - Albaniya.
C yolu
21:00. Türkiyə - Rumıniya;
23:45. Slovakiya - Kosovo.
D yolu
23:45. Danimarka - Şimali Makedoniya;
23:45. Çexiya - İrlandiya.
Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək davam edəcək möhtəşəm DÇ-2026-da ümumilikdə 48 komanda qızıl kubok uğrunda mübarizə aparacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Formula-1"də qalmaqal: Maks Ferstappen jurnalisti mətbuat konfransından qovdu
"Formula-1" üzrə dördqat dünya çempionu, niderlandlı Maks Ferstappen Yaponiyada keçiriləcək 2026-cı il dünya çempionatının üçüncü mərhələsi ərəfəsində diqqətçəkən addım atıb. O, mətbuat konfransının keçirildiyi zalda "The Guardian" qəzetinin jurnalisti Jill Riçardsın olmasını əsas gətirərək, mətbuat konfransına başlamaqdan qəti şəkildə imtina edib.
İdmanCüdo üzrə Avropa Çempionatı: Azərbaycanın ilkin heyəti açıqlandı
16-19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq cüdo üzrə böyüklər arasında Avropa çempionatında ölkəmizi təmsil edəcək idmançıların ilkin heyəti artıq bəlli olub.
İdman"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubuna transfer olundu - FOTO
Türkiyənin "Konyagücü" futbol klubu azərbaycanlı oyunçu Denis Ədilovu heyətinə qatdığını rəsmən elan edib.
İdmanArbeloa futbolçuları üçün "ofisiantlıq" edir
"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa komandası üçün yeni ritual tətbiq edib.