
Dərmandan zəhərlənərək ölən şəxs müəllim imiş - TƏFƏRRÜAT - VİDEO
Gəncə şəhərində dərman vasitəsindən zəhərlənmə faktı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, digərinin isə vəziyyəti stabildir.
Gəncə şəhərində dərman vasitəsindən zəhərlənmə faktı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, digərinin isə vəziyyəti stabildir.
Gundem.today "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Üzeyir Hacıbəyov küçəsindəki çoxmərtəbəli binaların birində baş verib.
68 yaşlı şəhər sakini Alik İsmayılovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılmasına baxmayaraq, onun artıq yolda keçindiyi müəyyən edilib.
Qonşulardan biri bildirib ki, həmin şəxs sakit biri idi: "Arada təzyiq problemləri olurdu, çox sakit və mehriban adam idi. Məktəbdə musiqi müəllimi işləyirdi. Axşam saatlarında evinə təcili yardımın gəldiyini gördük. Çox təəssüf ki, onu xilas etmək mümkün olmadı. Belə bir hadisənin yaşanması hamımızı sarsıtdı.".
Eyni ünvanda yaşayan 41 yaşlı Samir Əliyev də oxşar diaqnozla Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili yardım şöbəsinə gətirilib. Həkimlər tərəfindən ona zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı müvafiq araşdırmalara başlanılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBiləcəridə QƏZA: Yük maşını qaz borusuna çırpıldı - VİDEO
Bakının Biləcəri qəsəbəsində, "DSK yolu" kimi tanınan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə21 yaşlı gəncin faciəli sonu: "Çox çalışırdı ki, çörək qazansın" - VİDEO
Biləsuvar rayonunda bədbəxt hadisə qeydə alınıb. Hadisə rayonun Melioratorlar qəsəbəsində baş verib. Məlumata görə, 21 yaşlı İslam Hüseynovun cansız bədəni yaşadığı evin həyətində aşkarlanıb.
HadisəQonşusunu müdafiə etdi, öz həyətində hücuma məruz qaldı - Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI
Ucar rayonunda çaqqalın insanlara hücumunun təfərrüatı məlum olub.
HadisəQobustanda həlak olan işçi ilə bağlı dəhşətli TƏFƏRRÜAT: "Müdiri deyib ki, gəlməsən, səni işdən çıxaracağam" - VİDEO
Qaradağ rayonu, Qobustan qəsəbəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki əməkdaşı su xəttində yaranmış problemi aradan qaldırmağa çalışarkən torpaq sürüşməsi baş verib.