Son dəqiqə
Sumqayıtın bəzi ərazilərində QAZ OLMAYACAQSarayda avtomobil PARTLAYIB: Xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDIRəsmi Vaşinqton: Avropadakı NATO müttəfiqləri terrorçuların logistika mərkəzlərinə çevrilibGözəllik salonunda qadını öldürmək istədi - Məhkəmə işiGəncədə yaşıdı tərəfindən bıçaqlanan yeniyetmənin VƏZİYYƏTİ AÇIQLANDIİrəvan Fransadan hansı silahları alıb? - Paşinyan söz verdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. "Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılır
"Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılır
Mədəniyyət

"Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılır

Bu gün
14:04
0 baxış
Paylaş:

Qobustan rayonu, Qobustan şəhərində yerləşən ölkə əhəmiyyətli "Diri baba" türbəsi bərpa ediləcək.

Qobustan rayonu, Qobustan şəhərində yerləşən ölkə əhəmiyyətli "Diri baba" türbəsi bərpa ediləcək.

Gundem.today-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Turizm Agentliyi tender elan edib.

Qurum layihə çərçivəsində görüləcək işlər müqabilində ümumilikdə 683 515 manat ödəməyi planlaşdırır.

Abidənin adının mənşəyi barədə müxtəlif rəvayətlər mövcuddur. Belə ki, bu türbədə dəfn olunmuş şəxsin sufi şeyxi Baba olduğu qeyd edilir. Rəvayətlərdən birinə görə, şeyx ömrünün son günlərini hücrəyə çəkilərək ibadət etməklə keçirir. Hücrəsində müqəddəs kitabdan ilahi kəlamları oxuyarkən haqq dünyasına qovuşur, lakin müridləri onun öldüyündən bir neçə gün sonra xəbər tuturlar. Yəni Şeyx Baba ölsə də, bir neçə gün "diri qalır". Bu səbəbdən qəbri üzərində türbə tikiləndən sonra buraya "Diri Baba türbəsi" adı verilib.

XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzəyə səyahət edərkən Diri Baba haqqında yazırdı:

"Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir "Mərizat" adını daşısa da, əhali arasında "Pir Mərzə", "Pir Mirza" da adlanır. Amma səhihi "Pir Mərizat"dır, yəni "Diri Baba" adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin "Mərizat" sözü fars danışıq dilində "bükülmüş" mənasını verir. Həqiqətdə isə yüksək bir dağın ətəyində böyük, əzəmətli asitanə içrə bir guşədə səccadənişin olub şərəfli vücudları yun xirqələri ilə kəmər bağlayıb çöməlib oturur. Müqəddəs simaları qibləyə baxır. Mübarək başı sövmənin bir qayasına dayanıb durur. Hələ də vücudu bəyaz pambıqtək çürüməyib tər-təzə qalır..."

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Mədəniyyət#Dövlət_Turizm_Agentliyi_(DTA)#Diri_Baba_türbəsi#Tender

Oxşar Xəbərlər

Cenevrədə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıbMədəniyyət

Cenevrədə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb

Mayın 6-da BMT-nin Cenevrə bölməsində MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsi təqdim olunub.

Bu gün
22:300
"Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi - FOTOMədəniyyət

"Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi - FOTO

"Araşdırın!" adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil edilib.

Bu gün
16:180
Keçə sənəti və tarixi dəyərlər: Gənc rəssam Günel Hüseynova ilə FOTOREPORTAJMədəniyyət

Keçə sənəti və tarixi dəyərlər: Gənc rəssam Günel Hüseynova ilə FOTOREPORTAJ

Keçəçi rəssam və dizayner Günel Hüseynova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr təhsilini başa vurduqdan sonra magistr pilləsində oxuyub.

Dünən
16:080
Bakıda yeni muzey yaradılacaqMədəniyyət

Bakıda yeni muzey yaradılacaq

Bakıda yeni salınmış park ərazisində Təbiət Tarixi Muzeyi yaradılacaq.

Dünən
15:420