
"Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi - FOTO
"Araşdırın!" adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil edilib.
"Araşdırın!" adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil edilib.
Gundem.today xəbər verir ki, bu barədə fond məlumat yayıb.
Bildirilib ki, film 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tədris kinostudiyasında istehsal olunub, Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyevlə kinooperator Ələkbər Muradovun tələbə ikən çəkdikləri kurs işidir.
Filmin direktoru Nadir Əliyevdir. Ekran əsərinin baş rollarında Fazil Salayev, Leyla Bədirbəyli, Arif Qasımov kimi tanınmış aktyorlar çəkiliblər.
Kurs işi aktyor Fazil Salayevin kinoda son yaradıcılığıdır. Film Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov tərəfindən təhvil verilib və Azərbaycan Dövlət Film Fondunda rəqəmsallaşdırılıb.
Filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətKeçə sənəti və tarixi dəyərlər: Gənc rəssam Günel Hüseynova ilə FOTOREPORTAJ
Keçəçi rəssam və dizayner Günel Hüseynova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr təhsilini başa vurduqdan sonra magistr pilləsində oxuyub.
MədəniyyətBakıda yeni muzey yaradılacaq
Bakıda yeni salınmış park ərazisində Təbiət Tarixi Muzeyi yaradılacaq.
MədəniyyətXaricilərin dəbini formalaşdıran azərbaycanlı dizayner: "İtaliya xəyal qurmağı, Amerika döyüşməyi öyrətdi" - FOTO - VİDEO
Xaricdə yaşayan azərbaycanlı gənclərin uğurları son illər daha çox diqqət çəkir. ABŞ-də fəaliyyət göstərən gənc geyim dizayneri Leyla Rəşidli də bu sahədə fərqlənən adlardandır. O, həm yaradıcılığı, həm də beynəlxalq layihələrdə iştirakı ilə seçilir.
Mədəniyyət"Cahandar ağa"nın doğum günüdür - VİDEO
Bu gün Xalq artisti Ələddin Abbasovun doğum günüdür.