
Donald Trampa sui-qəsd cəhdinin yeni görüntüləri - ANBAAN VİDEO
Vaşinqton prokuroru ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi mətbuat nümayəndələri üçün təşkil olunan təntənəli şam yeməyində baş verən hücum anının videogörüntülərini dərc edib.
Vaşinqton prokuroru ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi mətbuat nümayəndələri üçün təşkil olunan təntənəli şam yeməyində baş verən hücum anının videogörüntülərini dərc edib.
Gundem.today xəbər verir ki, bu barədə hadisənin istintaqını aparan Janin Pirro "X" sosial şəbəkəsində məlumat verib.
O bildirib ki, yayımlanan videoda Koul Allen adlı şəxsin Trampa sui-qəsd cəhdi zamanı Məxfi Xidmət əməkdaşını güllələdiyi anlar yer alıb. Bildirilib ki, təhlükəsizlik xidmətinin nümayəndəsi yaralansa da, onu ölümdən zirehli jilet xilas edib. Tramp həyat yoldaşı və digər rəsmilərlə birlikdə zalı xəsarətsiz tərk edə bilib, tədbir yarımçıq dayandırılıb və məkan təxliyə edilib.
Təqribən altı dəqiqəlik videoda müxtəlif günlərdə çəkilmiş kadrlar cəmləşib. Görüntülərdə ABŞ paytaxtı mətbuatının qala-gecəsindən bir gün əvvəl - ötən cümə günü hotelin dəhlizi ilə irəliləyən bir kişi diqqət çəkir. Videonun 40-cı saniyəsində onun hotelin fitnes zalında ətrafı nəzərdən keçirməsi görünür.
Pirronun sözlərinə görə, Allen hadisədən bir gün əvvəl məkandakı vəziyyəti öyrənirmiş. Daha sonra zalın girişi bağlı olduğu halda, mühafizəçilərin iki metal detektorundan birini sökməsi təsvir olunur. Ardınca qala-tədbir başlayarkən hücumçunun hotelin ikinci təhlükəsizlik qapısından qaçaraq keçdiyi müşahidə edilir. Bir neçə təhlükəsizlik əməkdaşı silahlarını çıxararaq cinayətkara tərəf yönəldir.
Nəhayət, videonun sonuna yaxın Allenin nəzarət-buraxılış məntəqəsini keçdikdən dərhal sonra silahı sağa - mühafizəçilərin dayandığı istiqamətə tuşladığı nəzərə çarpır. Həmçinin polisin cinayətkarı nişan alaraq onun istiqamətində atəş açdığı da videoda əksini tapıb. İnsident zamanı bir neçə dəfə atəş səsi eşidilib.
Təhlükəsizlik xidmətinin bir əməkdaşından başqa heç kim xəsarət almayıb. Polisin məlumatına əsasən, hücum edən şəxs saxlanılarkən zədələr alıb və xəstəxanaya yerləşdirilib. Cümə axşamı məhkəmə istintaq müddətində Koul Allenin həbsdə saxlanılması barədə qərar qəbul edib. 31 yaşlı informatika müəllimi ABŞ prezidentinə qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası ilə üzləşə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Avropadakı qüvvələrini ixtisar edir? - İtaliyadan etiraz gəldi
İtaliyanın müdafiə naziri Quido Krosetto Birləşmiş Ştatların bu ölkədəki hərbi kontingentinin sayının azaldılması üçün heç bir əsas olmadığını bəyan edib.
DünyaNyu-Yorkun milyarderləri mer Mamdaniyə qarşı çıxıblar
Nyu-Yorkun ən varlı sakinləri yeni daşınmaz əmlak vergisi təşəbbüsündən sonra şəhərin meri Zohran Mamdaniyə qarşı çıxıblar.
DünyaTramp Aİ-dən idxal edilən minik və yük avtomobilləri üçün rüsumları artırdı
Gələn həftədən etibarən Avropa İttifaqından (Aİ) idxal olunan minik və yük avtomobilləri üçün ABŞ gömrük rüsumlarının dərəcəsi 25% təşkil edəcək.
DünyaABŞ-də milli borcun həcmi ölkə iqtisadiyyatını geridə qoyub
ABŞ-nin dövlət borcu İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq ölkənin iqtisadi həcmindən daha yüksək səviyyəyə çatıb.