Son dəqiqə
Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEOTramp İranın təklifini rədd etdi: Danışıqlar dalana dirənirAzərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıbİran Hörmüz boğazını özünün "atom bombası" adlandırdıAğdamdakı dəhşətli qəzada ölənlərin kimliyi məlum olduİranın ən böyük kriptobirjasının ABŞ sanksiyalarından necə yan keçdiyi bilindi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. "TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
"TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Mədəniyyət

"TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi keçirildi - FOTO - VİDEO

Bu gün
21:02
0 baxış
Paylaş:

Mayın 1-də Heydər Əliyev Mərkəzində "TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi baş tutub.

Mayın 1-də Heydər Əliyev Mərkəzində "TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi baş tutub.

Gundem.today xəbər verir ki, mərasimdə hökumət rəsmiləri, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, mədəniyyət naziri Adil Kərimli və mədəniyyət xadimləri iştirak ediblər.

"TAĞIYEV: MƏKTƏB" filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan "TAĞIYEV" filminin sonuncu - dördüncü bölümüdür.

Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX-cu əsrin sonu XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.

Tağıyevin həyat yolu mübarizələrlə keçir. Hər yeni dövr onun üçün yeni bir məqsəd, yeni bir məsuliyyət olur. O, çətinliklərlə üzləşir, amma geriyə addım atmır, zərbələr alır, amma daha güclü olur. Artıq yaşlı vaxtında tale onun üçün daha bir sınaq hazırlayır. O, "parlaq gələcək üçün zəka, təhsil və dünya görüşü hər kəsə əlçatan olmalıdır" deyərək vacib qərar verir. Sonrakı nəsillərin bilikli və savadlı olması üçün verilən bu qərar nəticədə onun öz taleyi ilə yanaşı, millətinin də taleyini dəyişir.

"TAĞIYEV: MƏKTƏB" filmində böyük xeyriyyəçinin təşəbbüsü ilə 1901-ci il oktyabrın 7-də Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin fəaliyyətə başlaması hadisəsi, onun bu zaman üzləşdiyi çətinliklər, maneələr bədii və estetik formada tamaşaçıya təqdim edilir.

Məlumat üçün bildirək ki, Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü "TAĞIYEV: NEFT" məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub.

"TAĞIYEV: MƏKTƏB"in təqdimatı da məhz Azərbaycanın maarif və təhsil sahəsində canlanma yaradan, xalqımızın həyatında böyük rol oynayan qızlar məktəbinin yaranmasının 125 illiyinin qeyd olunduğu tarixə - 2026-cı ilə təsadüf edir.

"TAĞIYEV" filminin hər bölümü əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplaya bilib.

Məlumat üçün deyək ki, "TAĞIYEV: NEFT", "TAĞIYEV: ÇAR" və "TAĞIYEV: SONA" filmlərini ölkə üzrə kinoteatrlarda 200 minə yaxın tamaşaçı izləyib. İctimai maraq olduğundan hazırda bu filmlərin kinoteatrlarda baxışı davam edir.

Filmlərin ölkə daxilində və xaricində geniş təqdimat mərasimləri baş tutub. Həmçinin "Tağıyev: Neft" filmi 98-ci Kino Sənəti və Elmləri Akademiyasının ("Oscar") mükafatlarına "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında ölkəmizdən rəsmi namizəd seçilib və bədii filmin ABŞ-nin kino sənayesinin mərkəzi - Hollivudun yerləşdiyi Los-Anceles şəhərində də təqdimatı keçirilib.

Bununla yanaşı bədii filmin ilk bölümü dünyaca məşhur "Dehancer Colourist Awards 2024" festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.

4 hissəli film Bakıda başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Hacı Zeynalabdin Tağıyevin həyatının ən müxtəlif dövrlərini özündə əks etdirir.

Filmdə dövrünün nüfuzlu xeyriyyəçisi olan Tağıyevin fəaliyyəti ilə bağlı verdiyi çətin qərarlar, uğur qazanacağına olan inamı, inadkarlığı, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsi üçün atdığı tarixi addımlarla yaxından tanış olmaq, onun yaşadığı dövrə bir növ səyahət etmək mümkün olur.

Filmin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissor Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, quruluşçu operator Vladimir Artemyev, quruluşçu rəssam Səbuhi Atababayev, geyim üzrə rəssam Vüsal Rəhim, bəstəkar Etibar Əsədli və montaj rejissoru Əsgər Rəhimovdur.

Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Məmməd Səfa, Mehriban Zəki, əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva və aktyorlar Manaf Dadaşov, Rövşən Ağayev, Rüstəm Cəbrayılov, Vüsal Hacıqədir, Sənan Əlləz, Dəniz Tacəddin, Fəridə Qurbanova, Rövşən Məmmədli, Namiq Ağayev, Kamran Yunis, Nofəl Şahlaroğlu, İsmayıl Kərimov, Nurlan Mürsəlzadə, Yusif Qasımlı, o cümlədən, Rusiya və Belorusdan peşəkar aktyor heyəti də daxil olmaqla geniş yaradıcı heyət filmdə tarixi personajları canlandırıb.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, "Neqsol Holding", Kapital Bank, "Bakcell" və "Norm" şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.

Sonda məlumat üçün bildirək ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq Bakı Media Mərkəzi üçün yarandığı ilk gündən böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtə

#Arzu_Əliyeva#Heydər_Əliyev_Fondu#Azərbaycan_Respublikası_Mədəniyyət_Nazirliyi#Heydər_Əliyev_Mərkəzi#Hacı_Zeynalabdin_Tağıyev

Oxşar Xəbərlər

Qəzənfər Abbasov: "Attestasiya olunan müəllimlərin bir qisminin musiqidən anlayışı yox idi"Mədəniyyət

Qəzənfər Abbasov: "Attestasiya olunan müəllimlərin bir qisminin musiqidən anlayışı yox idi"

"Attestasiyadan keçməyən müəllimlərin yenidən işlə təmin olunmasına müsbət yanaşmıram".

Bu gün
17:580
Bir sıra müəllimlərin ƏMƏKHAQQILARI ARTIBMədəniyyət

Bir sıra müəllimlərin ƏMƏKHAQQILARI ARTIB

"Son iki il ərzində musiqi və incəsənət məktəblərində çalışan 10 min müəllim attestasiya olunub".

Bu gün
17:340
Səhnəmizin "Gülnar"ı, Xalq artisti Firəngiz Mütəllimovanın DOĞUM günüdür - FOTO - VİDEOMədəniyyət

Səhnəmizin "Gülnar"ı, Xalq artisti Firəngiz Mütəllimovanın DOĞUM günüdür - FOTO - VİDEO

Bu gün Xalq artisti Firəngiz Mütəllimovanın ad günüdür.

Bu gün
13:000
Görkəmli rejissor Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edildi - VİDEOMədəniyyət

Görkəmli rejissor Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edildi - VİDEO

Azərbaycanın Xalq artisti, görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edilib.

Bu gün
00:420