
Nyu-Yorkun milyarderləri mer Mamdaniyə qarşı çıxıblar
Nyu-Yorkun ən varlı sakinləri yeni daşınmaz əmlak vergisi təşəbbüsündən sonra şəhərin meri Zohran Mamdaniyə qarşı çıxıblar.
Nyu-Yorkun ən varlı sakinləri yeni daşınmaz əmlak vergisi təşəbbüsündən sonra şəhərin meri Zohran Mamdaniyə qarşı çıxıblar.
Gundem.today "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, aprel ayında Nyu-York ştatının qubernatoru Keti Hokul və şəhərin meri Zohran Mamdani dəyəri 5 milyon dollardan yuxarı olan ikinci mənzillərə yeni vergi tətbiq etməyi təklif ediblər.
Təşəbbüs elit daşınmaz əmlakın super varlı sahiblərinə yönəlib. Tədbirin məqsədi şəhər büdcəsini artırmaq və sosial bərabərsizliklə mübarizə aparmaqdır. Bu ideya ştatın ən varlı şəxslərinin və ABŞ Prezidenti Donald Trampın tənqidinə məruz qalıb.
Nyu-Yorkda ikinci mənzillərə vergi tətbiqini elan edən Mamdaninin mətbuata açıqlamasında Midtaundakı 238 milyon dollar dəyərində olan penthaus qeyd olunub. Həmin penthausu əvvəlcə Ken Qriffitin aldığı bildirilsə də, sonradan məlum olub ki, daşınmaz əmlakı "Citadel LLC"nin təsisçisi Ken Qriffin əldə edib və merin açıqlamasında səhvə yol verilib. Bir müddət sonra Nyu-York meri həmin penthausun qarşısında video çəkərək alıcını adı ilə çağırıb.
Merin bu açıqlaması Uoll-Stritdəki şirkət rəhbərlərini və şəhərin ən varlı sakinlərini onun əleyhinə birləşdirib. Hətta demokratlara rəğbət bəsləyən milyarderlər də onun siyasətinə şübhə ilə yanaşıblar. İş adamlarının sözlərinə görə, onları verginin özü yox, Mamdaninin onlardan birinə qarşı şəxsi hücumları qəzəbləndirib.
"Bloomberg" qeyd edir ki, yeni vergi milyard dollarlıq kəsirlə üzləşən şəhər büdcəsini 500 milyon dollar artırmaq məqsədi daşıyır. Mamdani, həmçinin pulsuz avtobuslar və uşaqların məktəbəqədər təhsillə təmin edilməsi kimi sosial proqramların genişləndirilməsini maliyyələşdirmək üçün ən varlı şəxslərə və böyük korporasiyalara əlavə vergilərin tətbiqinin tərəfdarıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranın ən böyük kriptobirjasının ABŞ sanksiyalarından necə yan keçdiyi bilindi
Xamenei klanına yaxın olan, İranın ən nüfuzlu ailələrindən biri - Xarrazi ailəsi ölkədə SEPAH-ın sanksiyalardan yayınması və milyonlarla dolların köçürülməsi üçün istifadə etdiyi kriptovalyuta birjasını təsis edib.
DünyaABŞ Avropadakı qüvvələrini ixtisar edir? - İtaliyadan etiraz gəldi
İtaliyanın müdafiə naziri Quido Krosetto Birləşmiş Ştatların bu ölkədəki hərbi kontingentinin sayının azaldılması üçün heç bir əsas olmadığını bəyan edib.
DünyaTramp Aİ-dən idxal edilən minik və yük avtomobilləri üçün rüsumları artırdı
Gələn həftədən etibarən Avropa İttifaqından (Aİ) idxal olunan minik və yük avtomobilləri üçün ABŞ gömrük rüsumlarının dərəcəsi 25% təşkil edəcək.
DünyaABŞ-də milli borcun həcmi ölkə iqtisadiyyatını geridə qoyub
ABŞ-nin dövlət borcu İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq ölkənin iqtisadi həcmindən daha yüksək səviyyəyə çatıb.