
Donald Trampdan İran münaqişəsi ilə bağlı bədbin proqnoz
ABŞ Prezidenti Donald Tramp İrana qarşı münaqişənin həll olunmamış qala biləcəyini istisna etməyib.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı münaqişənin həll olunmamış qala biləcəyini istisna etməyib.
Gundem.today xəbər verir ki, o, bu fikri Las-Veqas şəhər administrasiyasının vergi sahəsindəki fəaliyyətinə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.
İrana qarşı müharibənin səbəb olduğu enerji daşıyıcılarının qiymət artımını müzakirə edən Tramp neftin bir barelinin dəyərinin 250-300 dollara çatacağı ilə bağlı proqnozları xatırladıb.
"Lakin bu gün bu rəqəm 89-90 dollar (bir barel üçün) təşkil edir. Özü də müharibə şəraitində biz hələ onu nizamlaya bilməmişik. Ehtimal ki, bunu heç etməyəcəyik", - deyə o qeyd edib.
Bununla yanaşı, eyni çıxışının əvvəlində ABŞ lideri münaqişənin heç bir ciddi fəsad olmadan davam etdiyini və yaxın vaxtlarda başa çatmalı olduğunu vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaLivan İsrailin atəşkəsi pozduğunu bildirib
Livan ordusu atəşkəs rejiminin qüvvəyə minməsindən sonra İsrailin hücumlarının davam etdiyini təsdiqləyib və ölkənin cənub sakinlərinə hələlik evlərinə qayıtmamağı tövsiyə edib.
Dünyaİndoneziyada helikopter qəzası: Səkkiz ölü - VİDEO
İndoneziyanın Qərbi Kalimantan əyalətinin Sekadau bölgəsində radarlardan itən "Airbus H130" helikopteri qəzaya uğrayıb və göyərtədə olanların heç biri sağ qalmayıb.
DünyaTrampdan SENSASİON AÇIQLAMA: "İran zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verməyə razılaşıb"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran 2025-ci ilin iyununda zərbələrə məruz qalmış obyektlərdəki zənginləşdirilmiş uranı Vaşinqtona təhvil verməyə razılaşıb.
DünyaCo Baydenin oğlunun borc qalmaqalı böyüyür: O, pulları kimə ödəməlidir?
ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden Kaliforniya ştatında 20 milyon dollardan çox olan borcunu ödəməkdən boyun qaçırır.