
Co Baydenin oğlunun borc qalmaqalı böyüyür: O, pulları kimə ödəməlidir?
ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden Kaliforniya ştatında 20 milyon dollardan çox olan borcunu ödəməkdən boyun qaçırır.
ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden Kaliforniya ştatında 20 milyon dollardan çox olan borcunu ödəməkdən boyun qaçırır.
Gundem.today xəbər verir ki, bu barədə "The New York Post" (NYP) nəşri məlumat yayıb.
Nəşrin mənbələri iddia edirlər ki, hazırda Hanter Bayden Los-Ancelesin ətrafında, sahəsi 32 min hektardan çox olan malikanədə yaşayır. Onun CAR-da məskunlaşması barədə yayılan xəbərlər isə sadəcə Baydenlər ailəsinin onun pulsuz olduğunu və hesablarını ödəyə bilmədiyini göstərmək üçün işlətdiyi bir fənddir. Nəşrin məlumatına əsasən, Hanter Baydenin Vaşinqtondakı hüquqşünaslar komandasına təxminən 17 milyon dollar, iş adamı və keçmiş həmkarı Kevin Morrisə 5 milyon dollar, adı açıqlanmayan incəsənət dilerinə isə bir milyon dollardan çox borcu var.
Xatırladaq ki, bundan əvvəl "The Daily Mail" qəzeti məhkəmə sənədlərinə istinadən yazmışdı ki, kiçik Bayden 17 milyon dollar məbləğində borcuna görə Birləşmiş Ştatları tərk edə bilərdi. Hətta onun Cənubi Afrika Respublikasına (CAR) səfərlər etdiyi də bildirilirdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİndoneziyada helikopter qəzası: Səkkiz ölü - VİDEO
İndoneziyanın Qərbi Kalimantan əyalətinin Sekadau bölgəsində radarlardan itən "Airbus H130" helikopteri qəzaya uğrayıb və göyərtədə olanların heç biri sağ qalmayıb.
DünyaTrampdan SENSASİON AÇIQLAMA: "İran zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verməyə razılaşıb"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran 2025-ci ilin iyununda zərbələrə məruz qalmış obyektlərdəki zənginləşdirilmiş uranı Vaşinqtona təhvil verməyə razılaşıb.
DünyaAntalya Diplomatiya Forumu öz işinə başlayır
Türkiyənin Antalya şəhərində aprelin 17-19 tarixlərində Beşinci Antalya Diplomatiya Forumu (ADF 2026) keçiriləcək.
DünyaDonald Trampdan İran münaqişəsi ilə bağlı bədbin proqnoz
ABŞ Prezidenti Donald Tramp İrana qarşı münaqişənin həll olunmamış qala biləcəyini istisna etməyib.