
Dövlət Gömrük Komitəsində maliyyə uçotu və ödənişlərdə NÖQSANLAR AŞKARLANDI
Hesablama Palatası Dövlət Gömrük Komitəsində (DGK) maliyyə uçotu və ödənişlərdə nöqsanlar aşkarlayıb.
Hesablama Palatası Dövlət Gömrük Komitəsində (DGK) maliyyə uçotu və ödənişlərdə nöqsanlar aşkarlayıb.
Gundem.today xəbər verir ki, Palata DGK-da dövlət vəsaitlərinin və əmlakın istifadəsi üzrə audit aparıb. Audit 2023-2025-ci illəri əhatə edib.
Bildirilib ki, bu dövrdə daxilolmalar 240.7 milyon manat, xərclər isə 238.8 milyon manat təşkil edib. 2023-cü ildə büdcədənkənar vəsaitlər üzrə xərclər 68.5 milyon manat olub. Bu məbləğ bəzi xərclərin azaldılması (5.7 mln. manat) və digər xərclərin artırılması (37.8 mln. manat) hesabına formalaşıb.
Audit zamanı müəyyən edilib ki, 24.6 min manat vəsait dövlət büdcəsinə yönəldilməli olduğu halda "Azərterminalkompleks" Birliyinin hesabında saxlanılıb.
İnzibati cərimələrin tam uçotu aparılmayıb, bəzi hallarda gömrük ödənişlərinin hesablanması və büdcəyə ödənilməsi təmin edilməyib. Eyni zamanda 602.3 min manat məbləğində işsizlikdən sığorta haqqı tutulmayıb və büdcəyə köçürülməyib.
Audit göstərib ki, bəzi mallar üzrə gömrük prosedurları tamamlanmayıb və bu səbəbdən gömrük ödənişləri hesablanmayıb.
Yeni inzibati binanın tikintisi üzrə 17.9 milyon manatlıq vəsait maliyyə sənədlərində tam əks etdirilməyib. Binanın tikintisi üzrə bəzi müqavilələrdə işlərin qiymətləri artırılıb. Mühasibat uçotu sistemində də problemlər aşkarlanıb. Belə ki, məlumatlar proqram təminatına tam daxil edilməyib, aktivlərin inventarizasiyası vaxtında aparılmayıb. Həmçinin, Komitənin bəzi hesablarında olan vəsaitlərin hərəkəti maliyyə sənədlərində əks etdirilməyib. Bundan əlavə, 746.9 min manat məbləğində gələcək dövrlərə aid xərclər düzgün uçota alınmayıb.
Palata əlavə edib ki, 2023-cü il üzrə bəzi maliyyə göstəriciləri də hesabatlarda düzgün göstərilməyib.
Auditin nəticələrinə əsasən 966.1 min manat dövlət büdcəsinə qaytarılıb, 828.2 min manat natura formasında bərpa edilib, 3.2 milyon manata yaxın vəsait isə maliyyə uçotuna daxil edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatAzərbaycanda DÖVLƏT BORCUNUN həcmi bilindi
Bu ilin 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 4 milyard 689.3 milyon ABŞ dolları, daxili dövlət borcunun səviyyəsi isə 16 milyard 492.9 milyon manat təşkil edib.
İqtisadiyyatİlin ilk üç ayında dövlət büdcəsinin XƏRCLƏRİ VƏ GƏLİRLƏRİ AÇIQLANDI
2026-cı ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 598.6 milyon manat, xərcləri 7 milyard 817.1 milyon manat olub.
İqtisadiyyatDövlət və aztəminatlı ailələrin əmlaklarının sığortalanmasında nöqsanlar aşkarlanıb
Hesablama Palatasının 2025-ci il İş Planına əsasən dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortasının təhlili aparılıb.
İqtisadiyyatAzərbaycan nefti cüzi bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.