
İtlərə sümük vermək niyə təhlükəlidir? - Baytar xəbərdarlığı
"Əksər it sahibləri sümüyün dördayaqlı dostları üçün təbii və faydalı qida olduğunu düşünürlər. Lakin reallıqda bu məhsul ev heyvanlarının sağlamlığı üçün ən ciddi təhlükə mənbələrindən biri hesab olunur".
"Əksər it sahibləri sümüyün dördayaqlı dostları üçün təbii və faydalı qida olduğunu düşünürlər. Lakin reallıqda bu məhsul ev heyvanlarının sağlamlığı üçün ən ciddi təhlükə mənbələrindən biri hesab olunur".
Gundem.today xəbər verir ki, bu təhlükə barədə rusiyalı baytar Yevgeni Davıdov "Gazeta.ru" nəşrinə müsahibəsində xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, bişmiş sümüklər tez bir zamanda iti qırıntılara bölünür ki, bu da dişlərin zədələnməsinə, eləcə də daxili orqanlarda yırtıqların və yaraların yaranmasına gətirib çıxarır. Belə xəsarətlər əksər hallarda cərrahi əməliyyat tələb edir və heyvanın həyatı üçün böyük risk yaradır. Bütöv sümüklər isə mədə-bağırsaq traktında ilişərək bağırsaq keçməzliyinə, kəskin ağrıya, qusmaya və hətta qanın zəhərlənməsinə (sepsis) səbəb ola bilər. Çiy sümüklər isə öz növbəsində həzm sistemini pozan və müxtəlif infeksiyalar yaradan təhlükəli bakteriyalarla doludur.
Baytar həkimlər sümükləri daha təhlükəsiz vasitələrlə - xüsusi çeynəmə oyuncaqları və itlər üçün nəzərdə tutulmuş faydalı çərəzlərlə əvəzləməyi məsləhət görürlər. Bu alternativlər heyvanın sağlamlığına zərər vurmadan onun çeynəmə ehtiyacını tamamilə ödəyir.
"Diş minasını möhkəmləndirən xüsusi yumşaq ət çərəzləri, çeynəmə çubuqları və digər qəlyanaltılar ideal seçimdir. Onlar orqanizm tərəfindən asanlıqla mənimsənilir və mədə-bağırsaq sistemində qıcıqlanma yaratmır", - deyə mütəxəssis əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDünya Bankından proqnoz: Enerji daşıyıcıları 24% bahalaşacaq
Dünya Bankı 2026-cı ildə qlobal enerji daşıyıcılarının qiymətinin orta hesabla 24% artacağını proqnozlaşdırır.
DünyaResepti gizli qalan "Banberi" keksi tarixə qovuşdu: Şirkət ləğv edildi
Böyük Britaniyada XVII əsrin əvvəllərindən fəaliyyət göstərən və təxminən 400 il ərzində məşhur "Banberi" keksini hazırlayan ailə şirkəti fəaliyyətini dayandırıb.
DünyaTeylor Sviftin konsertinə hücum planlaşdıran şəxs terror təşkilatı ilə əlaqəli imiş
21 yaşlı Avstriya vətəndaşı A.Beran 2024-cü ilin avqust ayında Teylor Sviftin konsertinə qarşı hücum təşkil etməyə cəhd göstərdiyini etiraf edib.
DünyaABŞ-də qadın ölən ərini "diriltdi" - FOTO
Yeni texnologiyalar dəfn mərasimlərinə fərqli bir yanaşma gətirib: artıq insanlar öz dəfn mərasimlərində virtual klonları vasitəsilə "iştirak" edə bilirlər. Bu yaxınlarda 78 yaşlı ABŞ vətəndaşı Pem Kronrat holoqram texnologiyasından istifadə edərək, vəfat etmiş ərini onun öz dəfn mərasiminə "qaytarıb".