
Dünya çempionatına 37 gün qaldı: AVSTRALİYA - "Socceroos" - VİDEO
Avstraliya millisi ("Socceroos") Okeaniya və Asiya futbolunun ən döyüşkən və atletik komandalarından biridir. 2026-cı il dünya çempionatına vəsiqəni təmin edən avstraliyalılar üçün Şimali Amerika turniri həm pley-off ənənəsini davam etdirmək, həm də yeni gənc nəslin potensialını nümayiş etdirmək baxımından böyük önəm daşıyır.
Avstraliya millisi ("Socceroos") Okeaniya və Asiya futbolunun ən döyüşkən və atletik komandalarından biridir. 2026-cı il dünya çempionatına vəsiqəni təmin edən avstraliyalılar üçün Şimali Amerika turniri həm pley-off ənənəsini davam etdirmək, həm də yeni gənc nəslin potensialını nümayiş etdirmək baxımından böyük önəm daşıyır.
"Socceroos" (Sokkeruz) Avstraliya kişilərdən ibarət milli futbol komandasına verilən ləqəbdir. Mənşəyi "soccer" (futbol) və "kengaroos" (kenquru) sözlərinin birləşməsidir.
1974-cü ildəki debütündən sonra 32 illik fasilə verən Avstraliya, nəhayət, 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatına qayıtdı. O vaxtdan bəri ölkə üçün qırılmaz təsnifat seriyası davam edir və "Socceroos" ardıcıl altıncı dünya çempionatında iştirak etməyə hazırlaşır.
Gundem.today Avstraliya futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.
Avstraliyanın heyətində 50-dən çox oyun keçirən Popoviç milli komandanın mərkəz müdafiəsinin əsas fiqurlarından və DÇ-2006-da pley-off mərhələsinə yüksələn heyətin vacib bir hissəsi olub. İki il sonra karyerasını başa vurduqdan dərhal sonra məşqçiliyə keçib və bir sıra yerli klublarda uğur qazanıb.
2024-cü ilin sonunda Qrem Arnoldun gedişindən sonra milli komandaya təyin olunan sidneyli mütəxəssis dünya çempionatının təsnifat mərhələsinin son mərhələlərini uğurla başa vuraraq, bu turnirdə həm oynamış, həm də məşqçilik etmiş şəxs kimi fərqlənməyə hazırlaşır.
Avstraliyanın ilk dünya çempionatı
1956-cı il Olimpiya Oyunlarının 1/4 finalına yüksəldikdən təxminən on il sonra, Avstraliya ilk dəfə dünya çempionatının təsnifat mərhələsinə qatılmışdı. Kambocada 60 000-ə yaxın azarkeş qarşısında Şimali Koreyaya qarşı 1:6 hesablı məğlubiyyət çətin bir başlanğıc olsa da, səkkiz il sonra Honkonqda Cənubi Koreya üzərində 1:0 hesablı yaddaqalan qələbə ilə 1974 DÇ-yə vəsiqə qazanmışdılar.
Çətin bir ilk mərhələ qrupuna düşən Avstraliya 1-ci qrupdakı çıxışına görə xeyli rəğbət qazansa da, Şərqi Almaniyaya 0:2, ev sahiblərinə isə 0:3 hesabı ilə məğlub olmuş, Çili ilə qolsuz heç-heçə edərək bu mərhələdə mübarizəni dayandırmışdı.
Avstraliyanın son dünya çempionatı
DÇ-2022-də "Sokkeruz"un tək bir dünya çempionatında ilk dəfə iki oyun qazandığı turnir kimi tarixə düşdü. İlk matçda Fransaya 1:4 hesabı ilə məğlub olan komanda, Tunis və Danimarka üzərində qələbələr qazanaraq pley-off mərhələsinə yüksəlmişdi. Əzmkar mübarizəyə baxmayaraq, onların çıxışı Ər-Rayyanda Messinin ilhamlandırdığı Argentinaya qarşı 1:2 hesablı məğlubiyyətlə başa çatmışdı.
Avstraliyanın ən yaxşı dünya çempionatı
Ölkə iki dəfə qrup mərhələsini adlaya bilib. Bunlardan birincisi, Braziliya, Xorvatiya və Yaponiyanın yer aldığı qrupdan çıxdıqları Almaniyada keçirilən DÇ-2006-ya təsadüf edir. Harri Kyuell, Tim Keyhill və Mark Şvartser kimi ulduzların yer aldığı, ölkə tarixinin bəlkə də ən yaxşı komandalarından biri olan həmin heyət 1/8 finalda 95-ci dəqiqədə Françesko Tottinin penalti qolu ilə İtaliyaya 0:1 hesablı məğlubiyyətə uğrayaraq turnirlə vidalaşmışdı.
Bu rekord 16 il sonra Qətərdə yenilənmişdi. Tunis və Danimarka üzərində 1:0 hesablı qələbələr Avstraliyanı Fransanın ardınca qrup ikincisi kimi pley-off mərhələsinə daşımışdı. Komanda 1/8 finalda bu dəfə də tək qol fərqi ilə məğlub olmuşdu. Lionel Messi və Xulian Alvaresin qolları ilə Argentina 2:1 hesablı qələbə qazanaraq sonda kuboku başı üzərinə qaldırmışdı.
Avstraliya DÇ-2026-ya necə vəsiqə qazanıb?
Avstraliya Asiya Futbol Konfederasiyasının (AFC) seçmə mərhələsinə ikinci turdan qoşulmuş və bu mərhələni qapısında qol görmədən altı ardıcıl qələbə ilə rahatlıqla keçmişdi.
Həlledici üçüncü mərhələnin başlanğıcı isə daha çətin oldu. Belə ki, komanda 2024-cü il sentyabrın 5-də keçirilən açılış matçında öz meydanında Bəhreynə 0:1 hesabı ilə məğlub olmuşdu. Beş gün sonra İndoneziyada qeydə alınan heç-heçə Arnoldun gedişi ilə nəticələnmişdi. Daha sonra Popoviç komandanı Çin üzərində ev qələbəsinə və Yaponiyada heç-heçəyə daşımışdı.
Komanda məğlubedilməzliyini qoruyaraq, 2025-ci il iyunun 5-də Pertdə vəsiqəni artıq təmin etmiş Yaponiya üzərində 1:0 hesablı qələbə ilə məqsədinə bir addım da yaxınlaşmışdı. Beş gün sonra Ciddədə Konnor Metkalf və Mitç Dyukun fərqli hissələrdə vurduğu qollarla Səudiyyə Ərəbistanı üzərində 2:1 hesablı qələbə sayəsində mundiala bilet rəsmiləşdirilmişdi.
DÇ-2026-da Avstraliyanın oyun cədvəli (Bakı vaxtı ilə)
Avstraliya DÇ-2026-da D qrupunda ABŞ, Paraqvay və Türkiyə millilərinə qarşı mübarizə aparacaq.
D qrupu:
14 iyun, 08:00, Avstraliya - Türkiyə (Vankuver stadionu);
19 iyun, 23:00, ABŞ- Avstraliya (Sietl stadionu);
26 iyun, 02:00, Paraqvay - Avstraliya (San-Fransisko stadionu).
Avstraliyanın dünya çempionatlarında ən çox qol vuran oyunçusu
Tim Keyhill ardıcıl üç dünya çempionatında fərqlənməyi bacaran oyunçulardan biridir. O, 2006, 2010 və 2014-cü il turnirlərində ümumilikdə beş qol vurub.
O, qol hesabını DÇ-2006-da Yaponiyaya qarşı 3:1 hesablı qələbədə son dəqiqələrdə vurduğu dublla açmış və bununla da Avstr
Oxşar Xəbərlər
İdmanÇempionlar Liqasında həlledici gecə: "Arsenal" Londonda "Atletiko Madrid"ə qarşı
Bu həftə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.
İdmanÇempionlar Liqasında Londonda "Arsenal" və "Atletiko Madrid" üçün həlledici gecə
Bu həftə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.
İdmanMisli Premyer Liqasında turun son akkordu: "Karvan-Yevlax" "Neftçi"yə qarşı
Misli Premyer Liqasında XXX turun son oyunu bu gün keçiriləcək.
İdmanİngiltərə Premyer Liqası: "Mançester Siti" son saniyələrdə məğlubiyyətdən xilas oldu
İngiltərə Premyer Liqasının 35-ci turunda "Everton" və "Mançester Siti" üz-üzə gəliblər.