
Kolumbiyada kömür mədənində PARTLAYIŞ: 12 nəfər dağıntılar altında qaldı
Kolumbiyada kömür mədənində partlayış baş verib, 12 nəfər dağıntılar altında qalıb.
Kolumbiyada kömür mədənində partlayış baş verib, 12 nəfər dağıntılar altında qalıb.
Gundem.today xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, partlayış qaz yığılması nəticəsində baş verib. Hadisə zamanı mədəndə 15 nəfər olub. Onlardan üçü xilas olmağı bacarıblar.
Xilasetmə qüvvələri və təcili yardım xidmətləri hadisə yerindədirlər.
Bildirilir ki, partlayış baş verən mədən dəniz səviyyəsindən 2500 metr yüksəklikdə, paytaxt Boqotadan təxminən 74 kilometr məsafədə yerləşən Sutataus bölgəsindədir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampdan bəyanat: "Ukrayna ərazi itirir"
ABŞ Prezidenti Donald Tramp Ukraynanın ərazi itirməyə davam etdiyini bildirib.
DünyaABŞ hərbçiləri Karib dənizində narkotacirlərin gəmisini vurdular - İki ölü - VİDEO
Amerika Birləşmiş Ştatlarının (ABŞ) silahlı qüvvələri Karib dənizində narkotik ticarəti ilə məşğul olan şəxslərin gəmisinə zərbə endirib, nəticədə iki nəfər həyatını itirib.
DünyaTramp Avropadan məyusluğunu dilə gətirdi
ABŞ Prezidenti Donald Tramp Avropanın siyasətindən son dərəcə məyus olduğunu bildirib.
DünyaAğ Evin yaxınlığında baş verən atışmada iki nəfər yaralanıb
Mayın 4-də Ağ Evin yaxınlığında baş verən atışma nəticəsində ən azı iki nəfər xəsarət alıb.