Son dəqiqə
Trampdan bəyanat: "Ukrayna ərazi itirir"Azərbaycan Çinə fındıq və badam ixrac edəcək - FOTOApreldə xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlandı"EFES-2026" təliminə hazırlıq prosesi davam edir - VİDEONərgiz Şərifovaya yüksək vəzifə verildi - FOTOABŞ hərbçiləri Karib dənizində narkotacirlərin gəmisini vurdular - İki ölü - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Fitnes üzrə peşəkar idmançını qətlə yetirən şəxs yenidən hakim qarşısına çıxarılır
Fitnes üzrə peşəkar idmançını qətlə yetirən şəxs yenidən hakim qarşısına çıxarılır
Kriminal

Fitnes üzrə peşəkar idmançını qətlə yetirən şəxs yenidən hakim qarşısına çıxarılır

Bu gün
09:40
0 baxış
Paylaş:

İdmançı qohumunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

İdmançı qohumunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, 2024-cü il yanvarın 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğa məlumat daxil olub.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü Y.İsmayılovun Səbail rayonu, Salyan şosesi 15 ünvanında xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Y.İsmayılova Cinayət Məcəlləsinin 120.2.2-ci ( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətlə yetirilən E.Fətəliyev fitnes üzrə peşəkar idmançı olub. Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Y.İsmayılov isə Etibarın xalası oğludur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.İsmayılov 17 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Ali Məhkəmə də qərarı qüvvədə saxlayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Qəsdən_adam_öldürmə#Ali_Məhkəmə#Bakı_Apellyasiya_Məhkəməsi#Cinayət_Məcəlləsi#İctimai_asayişin_pozulması_(Xuliqanlıq)

Oxşar Xəbərlər

Yetkinlik yaşına çatmayan övladını evləndirmək istəyən ata həbs olunduKriminal

Yetkinlik yaşına çatmayan övladını evləndirmək istəyən ata həbs olundu

Yetkinlik yaşına çatmayan övladını məcburi evliliyə cəlb etmək istəyən ata inzibati qaydada həbs olunub.

Bu gün
20:480
Saxta sənəd hazılamaqda və dərman satmaqda ittiham olunan həkimə hökm oxundu - FOTOKriminal

Saxta sənəd hazılamaqda və dərman satmaqda ittiham olunan həkimə hökm oxundu - FOTO

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin keçmiş müdiri İradə Dəmirovaya hökm oxunub.

Bu gün
18:140
Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - FOTOKriminal

Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - FOTO

Bakıda şəhid ailəsini təhqir edən həbs olunub.

Bu gün
17:520
Fitnes məşqçisindən külli miqdarda narkotik götürüldü - İdman zalında əməliyyatKriminal

Fitnes məşqçisindən külli miqdarda narkotik götürüldü - İdman zalında əməliyyat

Bakıda külli miqdarda narkotiklə tutulan fitnes məşqçisi Anar Mirbabayevə hökm oxunub.

Bu gün
17:420