
Dünya yeni virusun qorxusu altında: Hantavirus İsrailə də çatdı
Hantavirus infeksiyası İsraildə də aşkarlanıb.
Hantavirus infeksiyası İsraildə də aşkarlanıb.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı "The Jerusalem Post" nəşri yayıb.
İlk yoluxma halı Şərqi Avropaya səfər edib qayıdan bir şəxsdə qeydə alınıb. Məlumata əsasən, pasiyentdə virusun məhz "Avropa ştammı" aşkarlanıb. Bundan əvvəl analoji yoluxma faktları Fransa, İsveçrə və Cənubi Afrika Respublikasında da (CAR) müşahidə edilib.
Xüsusi olaraq qeyd edilir ki, İsraildəki bu hadisənin Cənubi Amerika ştammının yayıldığı "MV Hondius" kruiz laynerindəki virus alovlanması ilə heç bir əlaqəsi yoxdur.
Məlumata görə, sözügedən gəmidə virus səbəbindən azı üç nəfər ölüb, doqquz nəfər isə xəstələnib. Karantin məhdudiyyətləri tətbiq olunana qədər 40 sərnişin sahilə enməyə macal tapıb. Hazırda gəminin qısa müddət ərzində İspaniya sahillərinə çatacağı gözlənilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampdan İrana sərt mesaj: "Daha ağır zərbələr endirəcəyik"
Amerika Birləşmiş Ştatları tərəfindən İslam Respublikasının ərazisindəki hədəflərə endirilən zərbələrə baxmayaraq, Vaşinqton və Tehran arasındakı atəşkəs rejimi qüvvədə qalır.
DünyaNiderlandda siyasi qərargahda PARTLAYIŞ - VİDEO
Niderlandın "Demokratlar-66" partiyasının mərkəzi qərargahının poçt qutusuna naməlum şəxs tərəfindən partlayıcı qurğu yerləşdirilib. Qeyd edək ki, sözügedən siyasi təşkilatın rəhbəri ölkənin Baş naziri Rob Yettendir.
DünyaSEPAH-dan ABŞ esmineslərinə qarşı genişmiqyaslı əməliyyat: "Böyük itkilər verərək uzaqlaşdılar"
İslam İnqilabı Keşikçiləri Korpusu İran qüvvələri tərəfindən hücuma məruz qalan ABŞ esmineslərinin ciddi zədələndiyini və Hörmüz boğazı ərazisini təcili şəkildə tərk etdiyini iddia edib.
DünyaMəhkəmədən Timoşenko ilə bağlı gözlənilməz qərar
Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Ali Radada təmsil olunan "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko barəsində tətbiq edilən məhdudiyyətlərin ləğvi ilə bağlı qərar qəbul edib.