
SEPAH-dan ABŞ esmineslərinə qarşı genişmiqyaslı əməliyyat: "Böyük itkilər verərək uzaqlaşdılar"
İslam İnqilabı Keşikçiləri Korpusu İran qüvvələri tərəfindən hücuma məruz qalan ABŞ esmineslərinin ciddi zədələndiyini və Hörmüz boğazı ərazisini təcili şəkildə tərk etdiyini iddia edib.
İslam İnqilabı Keşikçiləri Korpusu İran qüvvələri tərəfindən hücuma məruz qalan ABŞ esmineslərinin ciddi zədələndiyini və Hörmüz boğazı ərazisini təcili şəkildə tərk etdiyini iddia edib.
Gundem.today xəbər verir ki, bu barədə korpusun Hərbi Dəniz Qüvvələri komandanlığının yaydığı bəyanatda bildirilib.
"Birləşmiş Ştatlar atəşkəs rejimini pozduqdan sonra SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ esmineslərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Kəşfiyyat məlumatları ABŞ gəmilərinə ciddi ziyan dəydiyini və düşmənin böyük itkilər verdiyini göstərir. Hücumdan dərhal sonra ABŞ-yə məxsus üç hərbi gəmi Hörmüz boğazı bölgəsindən sürətlə uzaqlaşıb", - deyə bəyanatda qeyd olunub.
Hərbi Dəniz Qüvvələri komandanlığı həmçinin bildirib ki, ABŞ esmineslərinə zərbələr endirilərkən SEPAH tərəfindən ballistik raketlərdən, gəmi əleyhinə qanadlı raketlərdən və fuqas döyüş başlıqlı kamikadze pilotsuz uçuş aparatlarından istifadə olunub.
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı yaxınlığında Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus üç esminesə zərbələr endirib.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb.
Mənbələrin verdiyi xəbərə görə, hazırda ABŞ gəmiləri Oman körfəzi istiqamətində hərəkət edir. Gəmilərə dəyən zərər barədə hələlik dəqiq məlumat yoxdur. Bununla belə, agentlik esmineslərin kamikadze pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hədəfə alındığını vurğulayıb.
İran neft tankerinə edilən hücumdan sonra Hörmüz boğazında yerləşən Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi qüvvələrinə raket zərbələri endirib.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı İran hərbçilərinə istinadən yerli dövlət teleradio şirkəti yayıb.
"ABŞ silahlı qüvvələrinin İran tankerinə təcavüzündən dərhal sonra düşmən birləşmələri raket hücumuna məruz qalıb. Nəticədə qarşı tərəf itki verərək geri çəkilmək məcburiyyətində qalıb" , - rəsmi açıqlamada bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBraziliyada uğursuz saç kəsiminə görə qadın bərbəri bıçaqladı - FOTO
Braziliyada bir qadın uğursuz saç kəsiminə görə bərbərin kürəyinə bıçaqla zərbə endirib.
DünyaTrampdan İrana sərt mesaj: "Daha ağır zərbələr endirəcəyik"
Amerika Birləşmiş Ştatları tərəfindən İslam Respublikasının ərazisindəki hədəflərə endirilən zərbələrə baxmayaraq, Vaşinqton və Tehran arasındakı atəşkəs rejimi qüvvədə qalır.
DünyaNiderlandda siyasi qərargahda PARTLAYIŞ - VİDEO
Niderlandın "Demokratlar-66" partiyasının mərkəzi qərargahının poçt qutusuna naməlum şəxs tərəfindən partlayıcı qurğu yerləşdirilib. Qeyd edək ki, sözügedən siyasi təşkilatın rəhbəri ölkənin Baş naziri Rob Yettendir.
DünyaMəhkəmədən Timoşenko ilə bağlı gözlənilməz qərar
Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Ali Radada təmsil olunan "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko barəsində tətbiq edilən məhdudiyyətlərin ləğvi ilə bağlı qərar qəbul edib.