
Müğənni Bonni Taylerin vəziyyəti ağırlaşıb
Məşhur müğənni Bonni Tayler Portuqaliyada təcili xəstəxanaya yerləşdirildikdən sonra süni komaya salınıb.
Məşhur müğənni Bonni Tayler Portuqaliyada təcili xəstəxanaya yerləşdirildikdən sonra süni komaya salınıb.
Gundem.today "Correio da Manha" nəşrinə istinadən xəbər verir ki, "Holding Out For A Hero" hitinin ifaçısı Faru şəhərindəki tibb müəssisələrindən birində müalicə olunur.
Bildirilib ki, hazırda reanimasiya şöbəsində olan 74 yaşlı sənətçi süni tənəffüs aparatına qoşulub.
Bir gün əvvəl müğənninin nümayəndəsi onun bağırsağındakı problem səbəbindən təcili cərrahi əməliyyat olunduğunu açıqlayıb:
"Əməliyyat uğurla keçib və o, hazırda bərpa olunur. Bilirik ki, onun ailəsi, dostları və pərəstişkarları bu xəbərdən narahat olacaqlar. Hər kəs ona tezliklə tam sağalmağı arzulayır", - deyə mənbə qeyd edib.
Qeyd edək ki, əsl adı Qeynor Sallivan olan Bonni Tayler 1951-ci ilin iyununda Böyük Britaniyanın Skuen kəndində anadan olub. İfaçının musiqi karyerası 1976-cı ildə "Lost In France" mahnısı ilə başlayıb. Sənətçi 1980-1990-cı illərdə dünyaşöhrətli hitləri ilə populyarlığının zirvəsinə çatıb. 2013-cü ildə isə o, "Believe In Me" mahnısı ilə Böyük Britaniyanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesABŞ-nin məşhur repçisi narkotik satışı ittihamı ilə həbs edildi
ABŞ-nin Florida ştatında məşhur repçi "Kodak Black" (əsl adı - Bill Kahan Kapri) polis tərəfindən saxlanılıb.
Şou-biznesAktrisa Liza Kudrou "Dostlar" serialındakı Ross obrazını tənqid edib
Məşhur aktrisa Liza Kudrou "Dostlar" (Friends) serialının pərəstişkarları arasında illərdir davam edən Ross və Reyçel münasibətləri ilə bağlı polemikalara münasibət bildirib.
Şou-biznesAncelina Coli Bred Pittlə məhkəmə mübahisəsində mühüm qələbə qazanıb
Amerikalı aktrisa Ancelina Coli "Chateau Miraval" şərab zavodu ilə bağlı davam edən məhkəmə çəkişməsində həmkarı və keçmiş həyat yoldaşı Bred Pittə qarşı mühüm hüquqi qələbə qazanıb.
Şou-biznesAncelina Coli məhkəmədə Bred Pittə qalib gəldi
Amerikalı aktrisa Ancelina Coli "Chateau Miraval" şərab zavodu ilə bağlı davam edən məhkəmə çəkişməsində həmkarı və keçmiş həyat yoldaşı Bred Pittə qarşı mühüm hüquqi qələbə qazanıb.