
SON DƏQİQƏ: ABŞ İranın iki şəhərinə zərbə endirdi - VİDEO
ABŞ silahlı qüvvələri İranın Qeşm limanına və Bəndər-Abbas şəhərinə zərbələr endirib.
ABŞ silahlı qüvvələri İranın Qeşm limanına və Bəndər-Abbas şəhərinə zərbələr endirib.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı etibarlı mənbələrə istinadən "Fox News" telekanalının müxbiri Cennifer Qriffin "X" sosial şəbəkə hesabında paylaşıb.
Məlumata görə, ABŞ rəhbərliyi İran ərazisinə endirilən son zərbələrin hərbi əməliyyatların tam miqyasda yenidən başlaması kimi qiymətləndirilməməsi barədə bəyanat yayıb.
İranın hava hücumundan müdafiə (HHM) sistemləri ölkə səmasında iki pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Gundem.today "Mehr" agentliyinə istinadən xəbər verir ki, hadisə İranın cənubunda qeydə alınıb.
Bildirilib ki, Bəndər-Abbas və Qəşm şəhərləri üzərində düşmənə məxsus olduğu iddia edilən iki PUA vurularaq zərərsizləşdirilib.
Agentlik hadisənin hansı şəraitdə baş verməsi və PUA-ların mənsubiyyəti barədə əlavə təfərrüat təqdim etməyib.
07 may, 23:36
Bəndər-Abbas şəhərinin ətrafında partlayış səsləri eşidilib.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı "Fars" xəbər agentliyi yayıb.
Məlumata görə, yerli sakinlər şəhərin müxtəlif istiqamətlərindən gələn və partlayışı xatırladan güclü səslər eşitdiklərini bildiriblər. Agentlik qeyd edib ki, hazırda həmin səslərin dəqiq mənbəyi və səbəbi araşdırılır.
Bununla yanaşı, "Mehr" agentliyi Qəşm adasında da oxşar səslərin qeydə alındığını bildirib.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampdan İrana sərt mesaj: "Daha ağır zərbələr endirəcəyik"
Amerika Birləşmiş Ştatları tərəfindən İslam Respublikasının ərazisindəki hədəflərə endirilən zərbələrə baxmayaraq, Vaşinqton və Tehran arasındakı atəşkəs rejimi qüvvədə qalır.
DünyaNiderlandda siyasi qərargahda PARTLAYIŞ - VİDEO
Niderlandın "Demokratlar-66" partiyasının mərkəzi qərargahının poçt qutusuna naməlum şəxs tərəfindən partlayıcı qurğu yerləşdirilib. Qeyd edək ki, sözügedən siyasi təşkilatın rəhbəri ölkənin Baş naziri Rob Yettendir.
DünyaSEPAH-dan ABŞ esmineslərinə qarşı genişmiqyaslı əməliyyat: "Böyük itkilər verərək uzaqlaşdılar"
İslam İnqilabı Keşikçiləri Korpusu İran qüvvələri tərəfindən hücuma məruz qalan ABŞ esmineslərinin ciddi zədələndiyini və Hörmüz boğazı ərazisini təcili şəkildə tərk etdiyini iddia edib.
DünyaMəhkəmədən Timoşenko ilə bağlı gözlənilməz qərar
Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Ali Radada təmsil olunan "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko barəsində tətbiq edilən məhdudiyyətlərin ləğvi ilə bağlı qərar qəbul edib.