Son dəqiqə
İsrail hansı halda İrana əks-hücum edəcək? - Səfir şərtləri AÇIQLADIABŞ və İran atəşkəsin detallarını razılaşdırırBakıda müharibə iştirakçısının meyiti tapıldıSemyon Slepakova qarşı cinayət işi açılıbİranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu: "Fərdlər gedir, amma sistem qalır"Məhkəmədə etiraf: "65 min manatı səhhətimə görə almışam"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. "Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı
"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı
Kriminal

"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı

Bu gün
18:48
0 baxış
Paylaş:

Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda zərərçəkmişin hüquqi varisi - Samir Əliyevin anası ifadə verib.

Hüquqi varis Elmira İbrahimovanın məhkəmədə verdiyi ifadələri yalan və iftira kimi qiymətləndirərək onun cadugərliklə məşğul olduğunu iddia edib.

"Mənim oğlum siqaret çəkməyən insan idi. Elmira isə siqaret və qəlyan çəkirdi. Dəfələrlə ona irad tutmuşdum ki, bu əməllərindən əl çəksin. Etiraf edirəm ki, Elmiranı vurmuşam, amma bu, yalnız cadugərliklə bağlı olub. Oğlum da, mən də Elmiranı bir neçə dəfə bu işin üstündə tutmuşuq. Türkiyədən qayıdıb oğlumun evinə gələndə evdəki əşyaların dəyişdirildiyini gördüm. Elmira özü də çaşqın, sanki havalı kimi gəzirdi. Şübhələrimi polisə də bildirmişdim. Polisdə isə mənə irad tutdular ki, bunu əvvəldən deməli idim. Samirin ölümündən oktyabrın 21-də xəbər tutdum. Mən ağır əməliyyata hazırlaşırdım. Dedim, ay Allah, əgər Samirdən pis xəbər eşidəcəyəmsə, elə əməliyyat masasında ölüb qalım", - deyə o bildirib.

Növbəti məhkəmə prosesi aprelin 23-nə təyin edilib.

Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət olunub.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadıqları evin həyətində basdırıldığı müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və ittiham irəli sürülüb.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#Qəsdən_adam_öldürmə#Cinayət_işi

Oxşar Xəbərlər

Məhkəmədə etiraf: "65 min manatı səhhətimə görə almışam"Kriminal

Məhkəmədə etiraf: "65 min manatı səhhətimə görə almışam"

Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Azərşəkər" MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla birlikdə ittiham olunan Əvəz Süleymanov və Ruslan Ələsgərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün
20:120
Müəllimlərə qarşı dələduzluq edən şəxsə hökm oxundu - FOTOKriminal

Müəllimlərə qarşı dələduzluq edən şəxsə hökm oxundu - FOTO

Bakıda orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Bu gün
17:480
Gəlinini qətlə yetirən şəxsə AĞIR CƏZA verildiKriminal

Gəlinini qətlə yetirən şəxsə AĞIR CƏZA verildi

Maştağa qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bu gün
16:160
Bakıda adam öldürməyə cəhd edən şəxsə ağır cəza verildiKriminal

Bakıda adam öldürməyə cəhd edən şəxsə ağır cəza verildi

Bakının Binə qəsəbəsində tanışını qəsdən bıçaqlamaqda təqsirləndirilən Şəmsi Məmmədlinin məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət işinin təfərrüatları ilə tanış olun.

Bu gün
14:041