
Gəlinini qətlə yetirən şəxsə AĞIR CƏZA verildi
Maştağa qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Maştağa qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Gundem.today-ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxışı zamanı təqsirləndirilənin 10 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm oxunaraq Ağanəbi Əliyev 9 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Sabuncu rayonunun Maştağa qəsəbəsində baş verib. 66 yaşlı Ağanəbi Əliyev 33 yaşlı gəlini Dürdanə Əliyevanı bıçaqlayaraq öldürməkdə təqsirləndirilib.
Hadisə ailədaxili mübahisə zəminində baş verib. Məlumata görə, D.Əliyeva mübahisə zamanı qayınatasını təhqir edib, bundan əsəbiləşən A.Əliyev onu qətlə yetirib. Qətlə yetirilən qadının üç azyaşlı övladı olub. Təqsirləndirilən də məhkəmədəki ifadəsi zamanı gəlininin onu təhqir etdiyini və buna görə cinayət törətdiyini bildirib. Ağanəbi Əliyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda adam öldürməyə cəhd edən şəxsə ağır cəza verildi
Bakının Binə qəsəbəsində tanışını qəsdən bıçaqlamaqda təqsirləndirilən Şəmsi Məmmədlinin məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət işinin təfərrüatları ilə tanış olun.
KriminalBöyükşor yolunda üç nəfərin öldüyü dəhşətli qəza ilə bağlı ağır cəza tələbi - VİDEO
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə törətdiyi ağır yol-qəza nəticəsində üç nəfərin ölümünə səbəb olan Vaqif Məmmədovun cinayət işi üzrə dövlət ittihamçısı çıxış edib.
Kriminal"Yeni Klinika"da xəstənin ölümündə təqsirləndirilən həkimə hökm oxundu
"Yeni Klinika"da əməliyyat zamanı texniki qüsur nəticəsində xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovaya 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib.
KriminalCəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı
Cəlilabadda qadın kommunal borca görə anası ilə dalaşıb, ona xəsarət yetirib.