
Elnurə Emreli: "Baş məşqçinin Mahirlə problemi var"
"Mahirin Almaniyanın "Kayzerslautern" klubunda az şans qazanmasını baş məşqçi ilə şəxsi münasibətlərlə əlaqələndiririk".
"Mahirin Almaniyanın "Kayzerslautern" klubunda az şans qazanmasını baş məşqçi ilə şəxsi münasibətlərlə əlaqələndiririk".
Gundem.today xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin meneceri və anası Elnurə Emreli deyib.
O bildirib ki, 26 yaşlı hücumçunun baş məşqçi Torsten Liberknextlə şəxsi problemi yoxdur: "Amma görünən odur ki, məşqçinin Mahirlə problemi var. Çünki oyunlarda ona kifayət qədər şans verilmir. Səbəbini isə bilmirik".
E.Emreli futbolçunun hazırkı klubuna fokuslandığını söyləyib: "Müqaviləsi davam etdiyi üçün başqa klublardan gələn təklifləri nəzərdən keçirmir. Bu, onun xarakterindən irəli gəlir. Hansı komandadadırsa, diqqətini ora yönəldir. Mövsüm hələ davam edir. Real təklif olmadığı halda, Mahirə bu barədə məlumat da vermirik".
Qeyd edək ki, Mahir Emreli "Kayzerslautern"ə ötən mövsümün əvvəlində "Nürnberq"dən transfer olunub. Azərbaycan millisinin hücumçusu 2-ci Bundesliqa klubu ilə 3 illik müqavilə imzalayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Kəpəz"in futbolçusu mövsümün rekordunu təkrarlayıb
Misli Premyer Liqasının XXX turu "Kəpəz"in futbolçusu Rauf Hüseynlinin 4 dəqiqəyə iki qol vurması ilə əlamətdar olub.
İdman"Arsenal"ın "Atletiko Madrid" ilə oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunu keçirilir.
İdman"Real Madrid"də ulduzların savaşı: Mbappe və Vinisius arasında gərginlik böyüyür
İspaniya mediasında "Real Madrid" klubunun aparıcı ulduzları Kilian Mbappe və Vinisius Junior arasında münasibətlərin gərginləşməsi barədə yeni şayiələr dalğası yayılıb.
İdmanEmin Ağalarov "Bakı Marafonu 2026" ilə bağlı paylaşım edib - VİDEO
"Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov Bakıda keçirilən "Bakı Marafonu 2026" ilə bağlı paylaşım edib.