
Əməkdar artist: "Rasim Balayev ən mürəkkəb məsələləri belə çox asanlıqla həll edirdi"
"Rasim Balayevi çox şən bir insan kimi tanıyırdım. Bir neçə filmdə də birlikdə iştirak etmişik. Harada Rasim var idisə, orada çox maraqlı söhbətlər olurdu. Ən mürəkkəb məsələləri belə Rasim müəllim çox asanlıqla həll edə bilirdi".
"Rasim Balayevi çox şən bir insan kimi tanıyırdım. Bir neçə filmdə də birlikdə iştirak etmişik. Harada Rasim var idisə, orada çox maraqlı söhbətlər olurdu. Ən mürəkkəb məsələləri belə Rasim müəllim çox asanlıqla həll edə bilirdi".
Bu sözləri Gundem.today-a açıqlamasında respublikanın Əməkdar artisti Azad Şükürov deyib.
O bildirib ki, Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün ağır itkidir:
"Ziyalı bir insan dünyasını dəyişdi və ona görə də hamının simasında kədər var. Sənət adamının yerini doldurmaq mümkün deyil. Gələnlər öz yerlərinə gəlirlər. Rasim müəllim kimi sənətkarlar isə əvəzolunmazdır. Onun yoxluğu uzun müddət hiss olunacaq".
Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətFatma Mahmudova: "Rasim getdi və zaman onun kimisini bir daha yetirməyəcək" - VİDEO
"Böyük bir sənətkarı itirmişik. Rasim getdi və zaman onun kimisini bir daha yetirməyəcək. Belə bir aktyor, belə bir dahi, belə bir istedad bu səhnəyə bir daha gəlməyəcək".
MədəniyyətBaba Vəziroğlu: "Rasim Balayevin ölümü mənim şəxsi faciəmdir"
"Rasim Balayevin ölümü mənim şəxsi faciəmdir".
MədəniyyətRamiz Rövşən: "Rasim Balayev istedadı və şəxsiyyəti bir-birini tamamlayan insanlardan idi" - VİDEO
"Azərbaycan mədəniyyəti üçün bu, çox böyük itkidir. Rasim Balayev istedadı və şəxsiyyəti bir-birini tamamlayan insanlardan idi".
MədəniyyətŞeyx Əbdül: "Azərbaycan xalqının böyük bir kino mərhələsini axirət dünyasına yola salırıq" - VİDEO
"Azərbaycan xalqının böyük bir kino mərhələsini axirət dünyasına yola salırıq. Ora da bir az zənginləşsin".