
İspaniya hava məkanını məhdudlaşdırdı: Hansı təyyarələrin uçuşuna icazə verilməyəcək?
İspaniya ABŞ-nin İrana qarşı əməliyyatlarında iştirak edən təyyarələrə öz hava məkanını bağlayıb.
İspaniya ABŞ-nin İrana qarşı əməliyyatlarında iştirak edən təyyarələrə öz hava məkanını bağlayıb.
Gundem.today-ın xəbərinə görə, bu barədə "El Pais" qəzeti məlumat verib.
Qəzetin versiyasına görə, Madrid nəinki hücumlarda iştirak edən qırıcı və ya yanacaqdolduran təyyarələrin Rota (Kadis əyaləti) və Moron-de-la-Frontera (Sevilya əyaləti) bazalarından istifadəsini, həmçinin Böyük Britaniya və ya Fransa kimi üçüncü ölkələrdə yerləşən ABŞ təyyarələrinə də İspaniya hava məkanına girişi qadağan edir. Qeyd edilir ki, məhdudiyyətdə ancaq bir istisna nəzərdə tutulur: fövqəladə hallarda təyyarənin uçuşuna və ya enişinə icazə veriləcək.
Daha əvvəl bildirilmişdi ki, krallığın İranda ABŞ-İsrail hərbi əməliyyatını dəstəkləmək istəməməsi fonunda ABŞ İspaniyada yerləşən yanacaqdolduran təyyarələrini digər ölkələrə yönləndirmək qərarına gəlib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbəyə məruz qalıb. Əməliyyat "Aslanın nəriltisi" adlandırılıb. Hər iki ölkə hava məkanını bağlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ABŞ-nin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqonun bildirdiyi kimi, ABŞ-ın İrana qarşı əməliyyatı "Epik qəzəb" adlandırılıb. İran da öz növbəsində İsrailə onlarla ballistik raket atıb.
İran həmçinin bütün Yaxın Şərqdəki - Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyadakı ABŞ bazalarına pilotsuz uçuş aparatları (PUA) və raket zərbələri endirib. Bütün bu ölkələrin hava məkanı bağlı olaraq qalır. İran öz əməliyyatını "Həqiqi vəd 4" adlandırıb.
İran dövlət televiziyasının ölkənin ali lideri Əli Xameneinin öldürüldüyünü təsdiqləyib. Həmçinin ayətullah Əli Şamxaninin müşaviri, SEPAH komandanı Məhəmməd Pakpur və müdafiə naziri Əziz Nəsirzadə də daxil olmaqla, bir neçə yüksək vəzifəli İran hərbi rəsmisinin ölümü də təsdiqlənib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ bazasına sirli raket zərbəsi: "Şahab-12" döyüşdə sınaqdan keçirilib? - VİDEO
İraqın paytaxtında - Bağdad beynəlxalq hava limanının yaxınlığında qərarlaşan ABŞ-nin "Viktoriya" hərbi bazasına edilən hücumda ilk dəfə olaraq "Şahab-12" raketinin tətbiq olunduğu bildirilib.
Dünyaİslandiya və Norveç təhlükəsizlik təminatı üçün Aİ-ə üzv olmaq istəyirlər
Vaxtilə Avropa İttifaqına (Aİ) üzv olmaqdan imtina edən Norveç və İslandiya hazırda təhlükəsizlik qayğıları ilə əlaqədar təşkilata daxil olmağa can atırlar. Bunun başlıca səbəbi kimi Donald Trampın 2025-ci ildə yenidən ABŞ prezidenti seçilməsi göstərilir.
Dünyaİranda hökumət əleyhinə iğtişaşlarda iştirak edən iki nəfər edam olunub
İranda "İran Xalq Mücahidləri Təşkilatı" ("Mücahid-e Xalq") terror qruplaşması ilə əlaqəli olan, hökumət əleyhinə iğtişaşlarda iştirak edən iki nəfər edam olunub.
DünyaGünəşdə güclü partlayış baş verib
Bazar ertəsi səhər saatlarında Günəşdə ən yüksək " X" sinfinə aid partlayış qeydə alınıb. Bu, fevralın əvvəlindən bəri müşahidə olunan belə kateqoriyalı ilk alışmadır.