
UFC əfsanəsinə hökm oxundu - FOTO
UFC tarixinin əfsanələrindən sayılan Dieqo Sançesin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 2025-ci ilin iyul ayında baş verən səs-küylü insidentə görə mühakimə olunan məşhur idmançı həbsxanaya düşməkdən son anda xilas ola bilib.
UFC tarixinin əfsanələrindən sayılan Dieqo Sançesin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 2025-ci ilin iyul ayında baş verən səs-küylü insidentə görə mühakimə olunan məşhur idmançı həbsxanaya düşməkdən son anda xilas ola bilib.
Gundem.today xəbər verir ki, hakimin qərarı ilə Sançesə beş illik sınaq müddəti və 800 saatlıq ictimai iş cəzası təyin edilib. Dövlət ittihamçısı sabiq döyüşçünün iki il müddətinə azadlıqdan məhrum olunmasını israrla tələb etsə də, məhkəmə daha yüngül cəzaya üstünlük verib.
Xatırladaq ki, Dieqo Sançesin həbsinə 2025-ci ilin iyulunda Albukerke magistralında yaşanan yol-nəqliyyat hadisəsi zamanı avtomobilinin pəncərəsindən silahla atəş açması səbəb olmuşdu. Məhkəmə zalında ifadə verən idmançı əməlinin heç kimə zərər yetirmək məqsədi daşımadığını vurğulayaraq, bu addımını kobud səhv kimi qiymətləndirib.
Çıxarılan hökmə əsasən, Sançes gələcək 10 il ərzində hər hansı odlu silaha sahib olmaq hüququndan rəsmən məhrum edilib. Bundan əlavə, təyin olunmuş şərti cəza müddətində idmançının bütün davranışları hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altında olacaq.
Qeyd edək ki, Dieqo Sançes uzun illər ərzində UFC-nin ən xarizmatik və sərt döyüşçülərindən biri kimi tanınıb. O, həmçinin təşkilat tərəfindən keçirilən ilk "The Ultimate Fighter" realiti-şousunun qalibi kimi tarixə düşüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanİngiltərə millisinin sabiq hücumçusu baş məşqçi təyin olundu
İngiltərə yığmasının sabiq ulduz futbolçusu Cermeyn Defo karyerasında yeni bir mərhələyə qədəm qoyub və "Uokinq" komandasının baş məşqçisi postuna təyin edilib.
İdman"Barselona" yeni transferi üçün "Əl-Hilal"la danışıqlara başladı - FOTO
"Barselona" portuqaliyalı müdafiəçi Juan Kanselunun tamhüquqlu transferi ilə bağlı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə rəsmi danışıqlara start verib.
İdmanAzərbaycanın Syerra Leone ilə oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam dünya futbol arenalarında maraqlı qarşılaşmalar baş tutacaq.
İdmanAzərbaycan - Syerra Leone matçını idarə edəcək hakimlər açıqlandı
"FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində bu gün baş tutacaq Azərbaycan - Syerra Leone qarşılaşmasında ədaləti Özbəkistandan olan hakimlər briqadası qoruyacaq.