Son dəqiqə
Daşınmaz əmlakı sığorta etdirənlərin sayı niyə azalıb? - VİDEOABŞ-də Livan və İsrail arasında danışıqlar başa çatıbBulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR - FOTOVens: "İranın nüvə silahı əldə etməsi qəbulolunmazdır""Ömrümdə belə hadisə görməmişdim" - Qubada qarın hündürlüyü üç metri keçib - VİDEOİrəvanda Samvel Karapetyanın partiyasının üzvü saxlanılıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Enerji bazarında şərtləri dəyişən Yaxın Şərq gərginliyi: Azərbaycan nə qazanır, nə itirir?
Enerji bazarında şərtləri dəyişən Yaxın Şərq gərginliyi: Azərbaycan nə qazanır, nə itirir?
Siyasət

Enerji bazarında şərtləri dəyişən Yaxın Şərq gərginliyi: Azərbaycan nə qazanır, nə itirir?

Bu gün
19:36
0 baxış
Paylaş:

Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda qlobal enerji bazarlarında ciddi dalğalanmalar müşahidə olunur. İsrail-ABŞ və İran münaqişəsi fonunda Yaxın Şərqdə baş verən qarşıdurmalar neft qiymətlərinə birbaşa təsir edərək, bazarda qeyri-sabitliyi daha da artırıb.

Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda qlobal enerji bazarlarında ciddi dalğalanmalar müşahidə olunur. İsrail-ABŞ və İran münaqişəsi fonunda Yaxın Şərqdə baş verən qarşıdurmalar neft qiymətlərinə birbaşa təsir edərək, bazarda qeyri-sabitliyi daha da artırıb.

Dünyanın mühüm bir parçası və neft ölkəsi olan Azərbaycan üçün də mövcud vəziyyət yeni mənzərə yaradıb.

Ölkənin əsas ixrac məhsulu olan "Azeri Light" markalı neftin qiyməti qısa müddətdə kəskin yüksəliş nümayiş etdirib. Belə ki, ABŞ və İran arasında münaqişənin aktiv fazaya keçdiyi 28 fevral tarixindən sonra Azərbaycan neftinin qiyməti 72.75 dollardan 141.68 dollara qədər artaraq rekord həddə yaxınlaşıb. Lakin sonradan tərəflər arasında atəşkəs razılaşmasının əldə olunması bazarlarda nisbi sabitlik yaradıb və qiymətlər tədricən geriləməyə başlayıb.

Baş verənlər bir daha təsdiqləyir ki, neft bazarı yalnız iqtisadi faktorlarla deyil, həm də siyasi proseslərin təsiri ilə formalaşan həssas bir sistemdir. Mövcud şəraitdə isə əsas sual budur: Yaxın Şərqdəki gərginlik fonunda neftin bahalaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Mövzu ilə bağlı Gundem.today-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, son baş verən hadisələr fonunda təkcə neft qiymətləri yox, qaz qiymətlərinin də artması müşahidə olunur:

"Burada məsələ ondan ibarətdir ki, qiymətlərin yüksəlməsində ölkə birbaşa fayda əldə edir. Lakin sonradan idxal inflyasiyasının formalaşması hesabına ölkə üçün bu sahədə yük yaranmış olur. Bu da xüsusən sosial həssas qruplar üçün yük yaradır. Yəni biz enerji qiymətlərinin artmasına təkcə birtərəfli akt kimi baxmalı deyilik. Ümumi olaraq neft və qaz qiymətlərinin yüksək olacağına dair yeni proqnozlar formalaşıb".

"ABŞ-İsrail və İran qarşıdurmasının mənfi istiqaməti ondan ibarətdir ki, birincisi İslam Respublikası üzərindən idxal dayanır, ikincisi bu ölkədən tranzit yüklərin daşınması problemə çevrildiyinə görə daşınma xərcləri də yüksəlmiş olur. Yəni, ümumilikdə müharibənin müsbət tərəfi neft qiymətlərinin yüksəlməsidirsə, mənfi tərəfi logistika xərclərinin artması, daşınma xərclərinin yüksəlməsi və ixrac qiymətlərinin bahalaşmasıdır", - deyə ekspert vurğulayıb.

Politoloq Zaur İbrahimli isə Gundem.today-a açıqlamasında dünya neft bazarının real iqtisadi amillərlə yanaşı, geosiyasi vəziyyətdən də asılı olduğunu deyib:

"Neft treyderləri bir qayda olaraq yalnız cari iqtisadi parametrləri deyil, mövcud geosiyasi vəziyyətin inkişaf perspektivlərini də nəzərə alırlar. Bu baxımdan, indi baş verən proseslər göstərir ki, həm rəsmi Tehran, həm də Vaşinqton hələlik danışıqlar prosesində maraqlıdırlar. Eyni zamanda, bütün ciddi analitik mərkəzlərin ümumi rəyi bundan ibarətdir ki, hər iki tərəf üçün optimal yol danışıqlardır. Yaxın perspektiv üçün baza ssenari olaraq danışıqlar götürüldüyündən neft ticarəti ilə məşğul olan treyderlər də bunu nəzərə almağa məcburdurlar".

"Dövlətlər öz strateji ehtiyatları ilə neft bazarına təsir göstərə bilirlər. Bu baxımdan da görünən budur ki, ümumi konsensus fikrə görə, Yaxın Şərqdə danışıqlar mərhələsi başlayıb, hərbi əməliyyatların aktiv fazası geridə qalıb. Bu nöqteyi-nəzərdən neftin qiymətlərində böyük yüksəliş baş vermir", - deyə analitik vurğulayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Yaxın_Şərq#Dünya_bazarında_neft_qiymətləri#İran-İsrail_münaqişəsi#İran-ABŞ_gərginliyi

Oxşar Xəbərlər

Gərginlik artdı: İranı misli görünməmiş plan gözləyir? - VİDEOSiyasət

Gərginlik artdı: İranı misli görünməmiş plan gözləyir? - VİDEO

ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazını blokadaya almasından sonra sual yarandı: bunun nəticəsi necə olacaq? Çünki ABŞ Prezidenti Donald Tramp bildirirdi ki, İranın 150-dən çox gəmisi məhv edilib, onların donanması yoxdur. İrandan cavab gəldi: "Tramp haradan bilir ki, bizim donanmamız yoxdur?"

Bu gün
21:240
Elçin Əmirbəyov: "Ətrafımızdakı qeyri-sabitlik tarixi fürsətdən istifadə etməyin vacibliyini vurğulayır" - VİDEOSiyasət

Elçin Əmirbəyov: "Ətrafımızdakı qeyri-sabitlik tarixi fürsətdən istifadə etməyin vacibliyini vurğulayır" - VİDEO

"2015-ci ildən ölkələrimiz Strateji Tərəfdaşlıq Haqqında sazişlə bağlıdır və əlbəttə ki, bizim energetika kimi ənənəvi əməkdaşlıq sahələrimiz var, lakin biz inanırıq ki, sənaye, kənd təsərrüfatı, turizm kimi digər sahələrdə hələ də çox vacib istifadə olunmamış potensial mövcuddur".

Bu gün
19:100
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri təsdiq edilibSiyasət

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri təsdiq edilib

Nazirlər Kabineti su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında qərar qəbul edib.

Bu gün
18:420
Minatəmizləmə üçün qiymətləndirmə və təlimlərə görə haqqın məbləği təsdiqlənibSiyasət

Minatəmizləmə üçün qiymətləndirmə və təlimlərə görə haqqın məbləği təsdiqlənib

Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği təsdiqlənib.

Bu gün
18:340