
Elçin Əmirbəyov: "Ətrafımızdakı qeyri-sabitlik tarixi fürsətdən istifadə etməyin vacibliyini vurğulayır" - VİDEO
"2015-ci ildən ölkələrimiz Strateji Tərəfdaşlıq Haqqında sazişlə bağlıdır və əlbəttə ki, bizim energetika kimi ənənəvi əməkdaşlıq sahələrimiz var, lakin biz inanırıq ki, sənaye, kənd təsərrüfatı, turizm kimi digər sahələrdə hələ də çox vacib istifadə olunmamış potensial mövcuddur".
"2015-ci ildən ölkələrimiz Strateji Tərəfdaşlıq Haqqında sazişlə bağlıdır və əlbəttə ki, bizim energetika kimi ənənəvi əməkdaşlıq sahələrimiz var, lakin biz inanırıq ki, sənaye, kənd təsərrüfatı, turizm kimi digər sahələrdə hələ də çox vacib istifadə olunmamış potensial mövcuddur".
Gundem.today xəbər verir ki, bunu Çex Respublikasında səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "CNN Prima News" (CNN-in çex dilində filialı) telekanalına müsahibəsində Çexiya-Azərbaycan münasibətlərinə toxunarkən bildirib.
O qeyd edib ki, ölkələrimiz arasında yüksəksəviyyəli dialoq çox uğurla inkişaf edir:
"Biz şadıq ki, Çexiya Respublikasının yeni baş naziri və bizim Prezidentimiz bu ilin əvvəlində Davos İqtisadi Forumu çərçivəsində görüşmək imkanı əldə ediblər. Buna görə də düşünürəm ki, yaxın həftələrdə və aylarda biz səfərlər və çoxlu sayda əlaqələrlə ən yüksək səviyyədə daha fəal qarşılıqlı fəaliyyət görəcəyik.
Biz bir tərəfdən Çexiya Respublikası ilə bu münasibətləri sizin çox vacib sənaye bazanıza, texnoloji təcrübənizə və Aİ və NATO üzvü kimi vacib rolunuza görə qiymətləndiririk. Digər tərəfdən, Azərbaycan bu gün Cənubi Qafqaz və Mərkəzi Asiya kimi çox vacib olan regionlara qapı qismində Çexiya Respublikasına fayda verə bilər. Biz onilliklər ərzində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox vacib rol oynayırıq və həmçinin regional bağlılıq baxımından əsas ölkəyə çevrilmişik.
Buna görə də düşünürəm ki, biz çox məhsuldar və qarşılıqlı faydalı əməkdaşlıqdan danışa bilərik, çünki əgər biz Çexiya Respublikasının texniki nou-hausunu Azərbaycanın geoiqtisadi və geosiyasi mövqeyi, infrastrukturu baxımından oynaya biləcəyi rolla və energetika sahəsində oynadığı rolla birləşdirsək, düşünürəm ki, biz birlikdə daha çox şey edə bilərik".
Jurnalistin Ukrayna və İrandakı proseslər fonunda enerji təhlükəsizliyi ilə bağlı sualına cavabında Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, Azərbaycan enerji portfelini daha da genişləndirə bilər:
"Azərbaycandan xam neft ixracı kimi ənənəvi sahə ilə yanaşı - düşünürəm ki, Çexiya Respublikasının istifadə etdiyi neftin təxminən üçdəbirinin Azərbaycandan gəldiyini söyləmək ədalətli olardı - bu əməkdaşlıq digər sahələrə də genişləndirilə bilər. O, həmçinin təbii qazı da əhatə edə bilər. Bilirsiniz ki, bu gün Azərbaycan təbii qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada aparıcı dövlətlərdən biridir. Beləliklə, bu gün biz dünyanın 16 ölkəsinə təbii qaz ixrac edirik ki, onların da 10-u Avropa İttifaqının üzvüdür. Çox yaxınlarda bu siyahıya Avstriya və Almaniya da qoşuldu.
Buna görə də düşünürəm ki, bu da müzakirə mövzularından biri ola bilər. Və biz bərpaolunan enerji mənbələrini əhatə etmək üçün enerji portfelimizi də genişləndirə bilərik, çünki Azərbaycan Günəş, külək enerjisi və elektrik enerjisi sahəsində böyük potensiala malikdir. Belə ki, Avropa üçün enerji mənbələrini necə şaxələndirmək barədə bəzi Avropa İttifaqı üzvləri və region ölkələri ilə müzakirə etdiyimiz bəzi layihələr var.
Buna görə də düşünürəm ki, bu edilə bilər, ancaq yeni ölkələrə qazın həcmini artıra bilməyimiz üçün, əlbəttə ki, yataqların işlənməsinə, eləcə də mövcud infrastrukturun ötürücülük qabiliyyətinin genişləndirilməsinə əlavə investisiyalar lazımdır, çünki təbii qazımızı Avropaya ixrac etdiyimiz Cənub Qaz Dəhlizi artıq tamamilə rezerv edilib. Buna görə də bizə əlavə güclər lazımdır və bunun üçün Aİ və Azərbaycanın birlikdə işləməsi zəruridir".
Azərbaycanın Avropa üçün uzunmüddətli etibarlı enerji tərəfdaşı olmaq məqsədi ilə bağlı suala cavabında E.Əmirbəyov qeyd edib ki, bu məqsəd artıq gerçəkləşib:
"2006-cı ildən Azərbaycan vahid bir mənbədən həddindən artıq asılı olan bir çox ölkələr üçün alternativ xam neft mənbəyi rolunu oynayır. Və 2020-ci ildən Azərbaycan Cənub Qaz Dəhlizi boyunca yerləşən ölkələrə təbii qaz ixrac etməyə başladı.
İndi siz bizim yaxın ətrafımızda olan müəyyən qeyri-sabitliyi və təlatümləri qeyd etdiniz. Düşünürəm ki, bu vəziyyət bəzi ölkələr üçün alternativ enerji mənbələrinin axtarışının vacibliyini yalnız vurğulayır və Azərbaycan etibarlı tərəfdaş rolunu oynamağa davam etməyə hazırdır. Çünki bütün bu bazar dəyişkənliyinə və geosiyasi təlatümlərə baxmayaraq, Azərbaycan çox məsuliyyətli və etibarlı tərəfdaş olaraq qalır. Buna görə də düşünürəm ki, bundan sonra da belə olacaq. Biz böhranla idarə olunan bir təchizatçı deyilik, biz özümüzü daha çox qlobal enerji təhlükəsizliyinə töhfə verən uzunmüddətli etibarlı, proqnozlaşdırılabilən tərəfdaş kimi mövqeləndiririk".
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi son illərdə Cənubi Qafqaz regionunda Rusiyanın rolu ilə bağlı vəziyyəti də dəyərləndirib:
"Əlbəttə, coğrafiya burada çox vacib bir elementdir. Cənubi Qafqaz ölkələri haqqında danışırıqsa, biz həmişə Rusiyanın qonşuları olmuşuq və olacağıq. Əlbəttə, Ukrayna ilə müharibə Rusiyanın çox diqqətini və vaxtını aldı. Lakin Azərbaycan-Rusiya münasibətləri baxımından biz çalışırıq ki, qarşılıqlı hörmət əsasında hər i
Oxşar Xəbərlər
SiyasətGərginlik artdı: İranı misli görünməmiş plan gözləyir? - VİDEO
ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazını blokadaya almasından sonra sual yarandı: bunun nəticəsi necə olacaq? Çünki ABŞ Prezidenti Donald Tramp bildirirdi ki, İranın 150-dən çox gəmisi məhv edilib, onların donanması yoxdur. İrandan cavab gəldi: "Tramp haradan bilir ki, bizim donanmamız yoxdur?"
SiyasətEnerji bazarında şərtləri dəyişən Yaxın Şərq gərginliyi: Azərbaycan nə qazanır, nə itirir?
Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda qlobal enerji bazarlarında ciddi dalğalanmalar müşahidə olunur. İsrail-ABŞ və İran münaqişəsi fonunda Yaxın Şərqdə baş verən qarşıdurmalar neft qiymətlərinə birbaşa təsir edərək, bazarda qeyri-sabitliyi daha da artırıb.
SiyasətSu obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri təsdiq edilib
Nazirlər Kabineti su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında qərar qəbul edib.
SiyasətMinatəmizləmə üçün qiymətləndirmə və təlimlərə görə haqqın məbləği təsdiqlənib
Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği təsdiqlənib.